Şənbə, 27 Aprel

“Qarabağ”ın “Marsel”lə qarşılaşması adi futbol matçı olmayacaq...

image

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə rəqib olması təbii olaraq müzakirələrə yol açdı. Bu da sözsüz ki, əbəs yerə deyil. Çünki Ağdam təmsilçisi səfər matçını ermənilərin Avropada ən çox məskunlaşdığı şəhərdə keçirəcək. Bu isə o deməkdir ki, sözügedən qarşılaşma təkcə adi futbol matçı olmayacaq, eyni zamanda siyasi cəhətdən də gərginliyi ilə yadda qalacaq.

Xəbər verilir ki, “Qarabağ”a qarşı daha bir erməni təxribatının Fransada olacağını indidən təxmin etmək elə də çətin deyil. 

Hər halda Azərbaycan klubu bununla bağlı UEFA-ya müraciət ünvanlayacaq. Qitənin ali futbol qurumunun məsələyə necə yanaşacağını isə zaman göstərəcək. 

Çünki bununla bağlı müəyyən şübhələr də var. Hər halda “Bazel”lə matçda “Qarabağ”ın vurduğu təmiz qolun qeydə alınmaması hakim probleminin də komandamız üçün daim aktiv olduğuna işarədir. 

İsveçrədə yaşanan haqsızlıq bütün Avropada gündəm oldu. Prezident İlham Əliyev də “Qarabağ”ın üzvləri ilə sonuncu görüşündə bu məsələyə münasibət bildirdi və qeyd etdi ki, bu haqsızlıqlara görə hər kəs kimi onun da ürəyi ağrıyır: 

“Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət”.

Üstəlik, “Marsel” azarkeşlərinin çılğınlığını nəzərə alsaq, komandamızı Fransada ağır sınaq gözləyir. Bu mövsüm Fransa Liqa-1-də 2 qarşılaşma marselli tərəfdarların davranışlarına görə təxirə salınıb. Belə ki, sentyabrın 23-də keçirilən “Anje” – “Marsel” matçında qonaq komandanın tərəfdarları meydana düşərək futbolçulara hücum etmişdi. Nəticədə Fransa Futbol Federasiyası oyunu təxirə salmışdı. 


“Lion” – “Marsel” matçında isə yerli azarkeşlər rəqib futbolçu Dimitri Payetin başına su şüşəsi atdığı üçün ara qarışmışdı və qarşılaşma dayandırılmışdı. Maraqlıdır ki, bu mövsüm Fransa liqasında azarkeş davalarına görə təxirə salınan matçların 3-ü məhz “Marsel”in adı ilə bağlıdır. 
“Marsel” azarkeşlərinin ən böyük qalmaqalı isə Türkiyə təmsilçisi “Qalatasaray”la matçda baş vermişdi. Yerli tərəfdarlar qardaş ölkədən olan fanatlara hücum çəkmişdi və meydana yad əşyalar atmışdı. Nəticədə matç bir neçə dəqiqəlik dayandırılmışdı. Fransız fanatlar “Qalatasaray”la oyunda stadionda erməni bayrağı açmaqdan da çəkinməmişdi. Belə ki, oyunun gedişində türk klubu olduğu üçün arenada bir neçə dəfə erməni bayrağı açılmışdı. 

Oyundan sonra isə Türkiyə təmsilçisinin baş məşqçisi Fatih Terim rəqib fanatları təxribata sövq etməkdə günahlandırdı: “Fransalı azarkeşlər tez-tez erməni bayrağı açırdılar. Bu, qarşıdurmaya sövq etməkdir”. 

“Qarabağ” üçün ən böyük xəbərdarlıq da elə məhz bu oyundur. Qardaş ölkədən olan fanatları təxribata çəkən marsellilərin “Qarabağ” tərəfdarlarına da bunu etməyə çalışacağı istisna deyil. Bayraqların açılmamasının qarşısını isə yalnız polis və UEFA ala bilər. 

“Marsel” azarkeşlərindən başqa həm də heyətində çıxış edən futbolçularla tanınır. Hazırda komandanın əsas oyunçuları türkiyəli Cengiz Ünder və fransalı Dmitri Payetdir. Həmçinin Fabien Bartez, Frank Riberi, Marsel Desai, Didye Droqba, Erik Kontana, Robert Pires kimi əfsanələrin yolu bu klubdan keçib. 

Qarabağ və Marsel adını bir-birinə bağlayan maraqlı bir məqam da var: 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev Fransanın Ermənistana dəstəyinə belə münasibət bildirmişdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər?”

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39