Çərşənbə, 15 May

Putin Makrona gizli tapşırıq verib: Fransa lideri hansı sazişi pozmağa cəhd edir? 

image

“Azərbaycan və Ermənistan öz arasında bütün məsələlərin müzakirəsini aparıb müəyyən razılıq əldə etdikdən sonra, Fransa prezidentinin yenidən öz iştirakı ilə Əliyev və Paşinyanın görüşünü təşkil etməsi şübhə doğuran məsələdir. Fikrimcə bu görüşün əsas təşkilatçısı Putindir”.

Xəbər verilir ki, bu barədə sabiq spiker Rəsul Quliyev fikir səsləndirib. O bildirib ki, Brüssel görüşü öncəsi Makron və Putin Qarabağ məsələsini müzakirə edib. Mən bu qənaətə nə üçün gəlmişəm?.

1. Makron fransızdır, yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna inanır. Fransız liderləri həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub oda Korsikalı Napoleon Bonapart.

2. Həddən artıq hiyləgər ağıla sahib olan Putin Makronun zəif damarını tapıb. Ona, Merkel gedəndən sonra Avropanın rəhbəri sənsən, səninlə razılaşdırılmamış heç bir qərarı Avropa İttifaqı qəbul etməməlidir deməklə Makronu ağılsız hərəkətə yönəldib.

3. Makron Ərdoğanla düşməndir və çox asanlıqla erməni-türk sazişini pozmağa ümid edir.

Prezident İlham Əliyev bütün bunları çox gözəl bilir. Makronun Putinin tapşırığını yerinə yetirməsinə imkan verməyəcək. Ümid edirəm ki, Paşinyan da, Makronun pozuculuq siyasətinə qulaq asmayacaq” – Rəsul Quliyev fikirlərini tamamlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00