Şənbə, 04 May

Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA

image

"Konstitusiyaya görə, deputatların sayı 125 nəfər müəyyən olunub. Deputatların sayının artırılması da konstitusiya dəyişikliyi ilə ola bilər".

Bunu açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, bu məsələ hər zaman aktualdır, müzakirə olunur. 

"Azərbaycan əhalisinin sayını nəzərə alsaq, deputatların sayının artırılması yaxşı olardı. Gələcəkdə ciddi sosial sifariş kimi önə çıxarsa, belə bir dəyişikliyin olmasını istisna etmirəm. Belə bir dəyişikliyin yaxın zamanda olacağı gözlənilmir. Dəfələrlə qeyd etmişəm ki, qarışıq seçki olmasını məqbul hesab edirəm. Həm majoritar, həm də proporsional. Onların hər birinin özünəməxsus üstünlükləri var".

F.Ağamalı qeyd edib ki, Milli Məclisin boş qalan yerlərinə seçkilərin keçirilməsi gözlənilir. Onun sözlərinə görə, bu, 2022-ci ildə ola bilər. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15