Bazar, 05 May

Rusiyadan regionda növbəti təxribat – rəsmi Bakının cavabı

image

8 aprel tarixində Rusiya Federasiyanın baş prokuroru İqor Krasnov Azərbaycana səfər edib. Səfərin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasındakı rəsmi görüşdən sonra tutması xüsusi diqqət çəkən məsələdir. Hadisələri izləyən müddət ərzində Rusiya prezidenti Putinin Azərbaycan prezidenti ilə telefon danışığı da şübhələri artıran əsas səbəbdir. Görəsən Rusiyanın son günlərədəki fəallığı nəyə işarədir?

Əvvəlcə son günlərdə Ermənistan siyasi arenasında baş verən hadisələrə və erməni baş nazirlə Rusiya prezidenti arasındakı danışıqların təfərrüatlarına nəzərə salmaqda fayda var. 7 aprel tarixində Moskvada səfərdə olan Paşinyanın Putinlə müzakirə etdiyi əsas məsəllərədən biri məhz erməni diversantların geri qaytarılması məsələsi idi. O diversantlar ki, Ermənistan tərəfi hər vəcdlə onların “hərbi əsirlər” olduğunu göstərməyə çalışır. Lakin işlərin qəribə tərəfi Paşinyanın diversantlarla bağlı məsələni məhz Rusiya prezidenti ilə müzakirə etməsidir.

Çünki Paşinyan Azərbaycanın erməni terrorçularını azad etməsinin tək yolunun Rusiya və onun gücü olduğunu düşünür. Bunu Paşinyana izah edən də elə məhz Rusiyanın özüdür. Bir neçə gün əvvəl Paşinyanın rəqiblərindən biri olan Robert Koçaryanı Moskvaya dəvət edən ruslar, ondan rəsmi müsahibə almaqla Paşinyana lazımlı mesajları ötürüblər. Paşinyan başa düşməlidir ki, hər şeyin açarı Rusiyanın əlindədir və problemlərin həllini istəyirsə, məhz Rusiyanın maraqların cavab verməlidir.

Buna görə də, Paşinyanın erməni diversantlarla bağlı məsələnin həllini məhz Rusiya prezidentindən xahiş etməsini başa düşmək olar. Rusiyanın isə məsələ ilə bağlı fərqli planları var. İlk öncə Rusiya deiversantlarla bağlı məsələni həll etməkdə ona görə maraqlıdır ki, hər kəsə, xüsusilə də regiondakı ölkələrə kimin söz sahibi olduğunu göstərsin. Rusiya dolayısı ilə Qarabağa təkcə sülhməramlı misiya üçün yox, həm də imperialist maraqlar üçün gəldiyini göstərməyə çalışır. “Rusiya istəyirsə hər bir problem həll oluna bilər” obrazı yaratmağa çalışır.

Bu vasitə ilə Rusiya Ermənistandakı mövqelərini də sağlamlaşdırmış olacaq. Çünki Rusiyanın gücünün şahidi olan erməni icması ruspərəst müxalif şəxsləri dəstəkləməyə daha çox meyl edəcək. Ermənistan üçün tək təhlükəsiz yolun isə Rusiya ilə əməkdaşlıq etmək olduğu aydın olacaq.

Lakin bu ssenarilərin heç biri Azərbaycanın maraqlarına cavab vermir. Əvvəla ona görə ki, Azərbaycan Qarabağ münaqişəsini artıq bitmiş hesab edir. Qarabağ Azərbaycan torpağıdır və sərhədlər daxilində hər hansı məsələdə qərar vermək məhz Azərbaycanın ixtiyarındadır. Rusiyanın Qarabağda terror fəaliyyəti zamanı ələ keçirilən diversantlarla bağlı hər hansı söz haqqı mövcud deyil. Əksinə belə bir söz haqqı varsa, bu Azərbaycanın ərazi bütövlüyünə qarşı birbaşa təhdidir.

İkincisi isə Azərbaycan diversantları geri qaytarmaqla Paşinyanın hakimiyyətini zəiflədəcəyini yaxşı başa düşür. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Paşinyan Ermənistanın müharibədə məğlub olduqlarını hamıdan yaxşı başa düşür və Azərbaycanın gücünə də yaxşı bələddir. O, Azərbaycanla sülh razılaşmasının, kommunikasiya və nəqliyyat yolllarının bərpa olunmasına tərəfdardır və digər ruspərəst müxaliflərin əksinə revanşist istəklərə malik deyil. Onun hakimiyyətdə olması daha əvvəl də olduğu kimi Azərbaycanın maraqlarına tam cavab verir. 

Bu səbəblə də Azərbaycanın erməni terrorçularını geri qaytarmaqdan imtina etməsi çox ciddi siyasi manevrdən xəbər verir. Bu həmlə ilə Azərbaycan Rusiyaya bölgədə kimin söz haqqı olduğunu bir daha xatırladır. Dolayısı ilə onun sülhməramlı misiyasını unudaraq keçmiş imperialist maraqlara qayıtmasının qarşısını alır. Digər tərəfdən də Ermənistandakı rusmeyilli müxaliflərin güclənmisinin qarşısını alaraq, Paşinyanın hakimiyyətdə qalmaq şanslarını artırmış olur.

Digər tərəfdən Azərbaycan erməni terrorçuları ilə bağlı məsələdən istifadə etməklə Ermənistana bir sıra digər şərtlərini də diqtə etmək imkanı əldə edəcək. Bu şərtlər sırasında “İsgəndər-M” raketləri ilə bağlı məsələ, Zəngəzur dəhlizinin açılması, Laçın dəhlizinin statusunun müəyyən olunması, Qarabağdakı erməni silahlılarının tamamilə tərk silah edilməsi və bölgədən çıxarılması kimi məsələlər yer alır. Azərbaycan əlindəki erməni terrorçularından məhz bu istiqamətlərdə istifadə etməklə həm Ermənistanın destruktiv mövqeyinin qarşısını almış olur, həm də Ermənistanı Azərbaycanın maraqları ilə uzlaşmağa məcbur edir.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15