Çərşənbə, 15 May

“Qalatasaray” mübarizəni dayandırdı

image

Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Xəbər verilir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Səkkiz qolun qeydə alındığı “Kasımpaşa” – “Kocaelispor” matçında meydan sahibləri qələbə qazanıblar. “Hatayspor” “Mənəmənspor”u, “Antalyaspor” “Girəsunspor”u, “Trabzonspor” “Boluspor”u mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə “Dənizlispor” səddini keçə bilməyib.

Qarşılaşmanın altı qolluq əsas vaxtının sonlarında qələbəni əldən verən İstanbul təmsilçisi, əlavə vaxtda fərqlənə bilməyib.

Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Dənizli təmsilçisi mərhələ adlayan tərəf olub.

Qalatasaray – Dənizlispor 3:3 (penaltilər 5:6)

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00