Bazar, 07 İyul

Axtarış

maqnit” üzrə 232 nəticə tapıldı

05.06.2023 - 13:52

Geomaqnit qasırğasının təsiri davam edəcək

Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur. Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, iyunun 4-ü baş vermiş CME-nin (“Coronal Mass Ejections” - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur. Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb. Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası


30.05.2023 - 13:12

Maqnit qasırğası olacaq

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may – 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gö


23.05.2023 - 18:37

"Azərbaycanda 7,5 ballıq zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə vaxtaşırı vaxtı, yeri, gücü heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir və həmişə də olmaq ehtimalı var. Xəbər verilir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, türkiyə


18.05.2023 - 15:55

Azərbaycanda zəlzələ oldu

Qubada zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:28-də Xınalıq stansiyasından 14 km şərqdə, Quba rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,3 bal, dərinliyi 44 km olub. Zəlzələ hiss olunmayıb.


09.05.2023 - 09:00

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Xəbər verilir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.


07.05.2023 - 09:37

May ayının bu günləri ilə bağlı XƏBƏRDARLIQ

May ayında planetimiz bir neçə dəfə maqnit qasırğalarına məruz qalacaq. Xəbər verilir ki, ekspertlər bu ay güclü zərbələrin olmayacağını, lakin müəyyən bir kateqoriya insanlar üçün xoşagəlməz nəticələrə səbəb ola biləcəyini söyləyirlər. Belə ki, mayın 6-7-də, daha sonra 11-12-də və 23-27-dən sonra G1 (aşağı) gücündə maqnit qasırğaları gözlənilir.


24.04.2023 - 20:33

Güclü maqnit qasırğası qeydə alındı

Aprelin 23-də G4 səviyyəsində güclü maqnit qasırğası qeydə alınıb. Xəbər verilir ki, bu barədə xarici mediada məlumat yayılıb. “Aprelin 23-də günün sonunda aşağı enerjili protonların Yerə yaxın kosmosa hücumu qeydə alınıb. Geomaqnit sahəsinin pozulması davam edir”, - məlumatda deyilir. Alimlərin müşahidələrinə görə, son sutka ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi bir neçə dəfə artaraq dördüncü


24.04.2023 - 14:29

Zaqatalada zəlzələ oldu

Bu gün saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3,7 olan yeraltı təkan 10 km dərinlikdə baş verib. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qə


24.04.2023 - 09:00

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Yer kürəsində güclü maqnit qasırğası başlayıb. Xəbər verilir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun materiallarında bildirilib. Məlumata görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə yüksəlib. Şkala üzrə G5 son dərəcə güclü, G1 isə zəifdir. G4 səviyyəsində Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozulmalar, peyk və radiotezlik naviqasiyasında ciddi yanlışlı


22.04.2023 - 17:32

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:42-də İsmayıllı stansiyasından 14 km cənub-qərbdə İsmayıllı rayonunda qeydə alınıb. Maqnitudası 3,6 olan zəlzələ hiss olunmayıb.


13.04.2023 - 13:45

Bu dəfə Ərzurumda zəlzələ oldu

Türkiyənin Ərzurum vilayətində yenidən zəlzələ qeydə alınıb.  Xəbər verilir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Aziziye rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 16.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 


11.04.2023 - 13:30

Malatyada yenə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.  Xəbər verilir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Hekimhan rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 21.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 


Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15