Bazar, 07 İyul

Paris Olimpiadası ləğv edilir?

image

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

Məlumata görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.

"Bu, açıq-aydın Fransaya, BOK-a və onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir . Bunun heç bir faktiki əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir".

Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15