Şənbə, 06 İyul

İradə İbrahimovadan qızı ilə bağlı paylaşım - Fotolar

image

Müğənni İradə İbrahimova qızı ilə bağlı paylaşım edib. 

Xəbər verilir ki, müğənni ailəvi fotolarını paylaşaraq qızı İpəyin Robert Kollecinə qəbul olunduğunu bildirib.

O, sevincini izləyiciləri ilə bölüşüb: 

“O qədər xoşbəxtəm, o qədər xoşbəxtəm ki, bu sevincin hamısı mənə çoxdur, sizə də toxunsun istədim. İpək illərdir çəkdiyi əməyin qarşılığını aldı, xəyallarını gərçəkləşdirdi. 160 illik tarixə sahib olan Robert Kollecinə qəbul olundu.

Qızım, sənə halal olsun. Çətin olanın öhdəsindən gəldin. Ağlını, tərbiyəni ən gözəl aksesuarın etdin, yanından ayırmadın. Tam da sözləşdiyimiz kimi sürüdən ayrılmağı bacardın. Oxumağı, öyrənməyi kənara qoymadın. Tam da bu gün alın tərinlə, öz gücünlə çalışdığın günlərin meyvələrini dərirsən. Qismətini yaşa, qızım. 

Zaman-zaman uşaqlara qarşı çox sərt davrandığımı söyləyən atası, məncə doğru yoldayam. Sən yenə də onları ən çox başa düşən, ən çox əyləndirən, ən zəif nöqtələri ol. Mənim üçün dedikləri “anamız çox sərtdir” sözləri ilə razıyam. Gün gələr başa düşərlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15