Bazar ertəsi, 08 İyul

Axtarış

Azər” üzrə 9378 nəticə tapıldı

02.07.2024 - 13:33

Pezeşkianla Cəlili arasında gərgin debat: "İnsanları aldadırıq!"

İran prezidentliyinə namizədlərin debatında əslən azərbaycanlı olan prezidentliyə namizəd Məsud Pezeşkian hakimiyyətin xalqı aldatdığını və qiymətlərin artmasına şərait yaratdığını bildirib. M.Pezeşkian vurğulayıb ki, prezident olmaq istəyən Səid Cəlilinin seçki kampaniyasında səkkiz faizlik iqtisadi inkişaf söz verməsi insanları aldatmaqdan başqa bir şey deyil: "Mövcud tendensiya ilə səkkiz faiz artım mümkün deyil. İnsanları aldadırıq! 4-cü, 5-ci


02.07.2024 - 13:15

"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür

"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür. Xəbər verilir ki, "MPAY" şirkətinin Biznesin inkişafı və İnnovasiyalar şöbəsinin rəhbəri Rüfət Aslanovun verdiyi məlumata əsasən, artıq vətəndaşlar "Azərişıq Makel" ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə bilərlər. "Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə "AzəriQaz Gallus" və "Zenner", "Azə


02.07.2024 - 10:38

Sənədsiz əmlakı olanlara VACİB XƏBƏR - Tezliklə bu evlər…

Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir. Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.  İnsan sağlamlığına və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.  Məlumata görə, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib


01.07.2024 - 18:36

Ötən ay 549 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyun ayında 271 tank əleyhinə mina, 278 piyada əleyhinə mina, 1695 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Xəbər verilir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin məlumatında bildirilib. Məlumata əsasən, ötən ay ümumilikdə 5675.5 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.  


01.07.2024 - 17:50

Bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək) aparılan əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Xəbər verilir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedə


01.07.2024 - 16:21

AZAL Füzuliyə təyyarə biletlərinin satışına BAŞLADI

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Xəbər verilir ki, biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür. AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.


01.07.2024 - 14:25

Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri növbəti dəfə görüşüblər

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında" Əsasnamə layihəsinin razılaşdırılması üzərində komissiyalar iş aparırlar. Xəbər verilir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin mü


01.07.2024 - 13:07

Azərbaycanda qadınların pensiya yaşı artdı - Bu gündən...

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişib.  Məlumata görə, bu gündən - 1 iyul 2024-cü il tarixindən qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılıb. Hazırda kişilərin pensiya yaşı 65-dir. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş


01.07.2024 - 12:06

Səyahət sığortası neçəyə başa gəlir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda səyahət sığortası könüllü olsa da, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində məcburidir. Həmin ölkələrə səfər edən şəxslərdən viza ilə yanaşı, səyahət sığortası da tələb olunur. Turizm üzrə ekspert Azər İsmayıl bildirib ki, səyahət sığortasının gününə iki-üç avro ödəyərək yarana biləcək problemlərdən azad ola bilərsiniz. Azərbaycan Mərkə


01.07.2024 - 10:24

Naxçıvana təyyarə bileti 70 manat oldu

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib. Xəbər verilir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib. Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib. Azərbaycan Hava Yolları QSC-dən bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb.


01.07.2024 - 09:00

Metro və avtobuslarda qiymətlər qalxdı

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib. Xəbər verilir ki,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib. Qərara əsasən avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. "Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqə


30.06.2024 - 20:11

Sabahdan Aİ-95 ucuzlaşır - YENİLƏNİB

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğ


Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15