Şənbə, 27 Aprel

Axtarış

Luqansk” üzrə 210 nəticə tapıldı

14.11.2022 - 09:45

Ukraynada Donetsk, Luqansk və Simferopola biletlər satılır

Noyabrın 13-də Ukrayna Dəmir Yolları Xerson, Mariupol, Donetsk, Luqansk və Simferopola dəmir yolu biletlərinin satışına başlayıb. Ukrayna şirkəti bilet satışının simvolik olduğunu vurğulayıb. Əldə olunan gəlirin vaqonların alınmasına sərf olunacağını bildirib. Həmçinin, dəmiryolçular söz veriblər ki, hərəkət bərpa olunan kimi qatarların yola düşmə tarixi və yeri ilə bağlı bilet sahiblərinə mesaj göndəriləcək.


09.11.2022 - 14:51

Peskov Donbasa getdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib. Xəbər verilir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib. “Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin ə


03.11.2022 - 17:45

100-ə yaxın azərbaycanlı Ukraynaya qarşı döyüşməkdən imtina etdi

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Kiyevdə kommunal təminatla bağlı fasilələr əvvəlki günlərə nisbətən artıb. Qeyd edilib ki, Poltava vilayəti son bir həftədir Rusiya Ordusunun hədəfindədir, daha çox raket və dron hücumlarına məruz qalır. O da bildirilib ki, separatçıların elan etdiyi səfərbərlikdən sonra Luqanskda 100


19.10.2022 - 17:20

Putin Rusiyaya birləşdirilən regionlarda hərbi vəziyyət elan etdi

Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, həmçinin Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.  "Fərman dərhal Federasiya Şurasına təsdiq üçün göndəriləcək və qərar barədə Dövlət Dumasına məlumat veriləcək”, -Putin çərşənbə günü Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirdiyi iclasda deyib. 


19.10.2022 - 16:18

Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına REAKSİYA

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir". Xəbər verilir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”. Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki,


16.10.2022 - 13:09

Minlərlə ukraynalı Zaporojyedəki nəzarət-buraxılış məntəqəsində qalıb

“Minlərlə ukraynalı Zaporojye vilayətinin Vasilyevka şəhərində rusiyalıların nəzarət-buraxılış məntəqəsində saxlanılır. Ukraynanın nəzarəti altında olan əraziyə daxil olmaq istəyən əhali əraziyə buraxılmalarını gözləyir. Onlar iki həftədən çoxdur orada saxlanılırlar. Bu barədə Melitopol meri İvan Fedorov məlumat verib. “Rusiyalılar 2,5 həftə ərzində Ukraynanın nəzarətində olan əraziyə cəmi 200 avtomobilin daxil olmasına icazə veriblər. Zaporojye, Xerson, Luqansk


12.10.2022 - 11:02

SON DƏQİQƏ! Putinin sülh şərtləri açıqlandı - ŞOK İDDİA 

Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasına görə tənqid atəşinə tutulan milyarder iş adamı İlon Mask haqqında maraqlı iddialar irəli sürülüb.  Xəbər verilir ki, politoloq Yan Bremmer Maskın Rusiya lideri Vladimir Putinlə görüşərək onun qırmızı xətlərini öyrəndiyini açıqlayıb. PUTİN UKRAYNAYA ŞƏRT QOYUB? Bremmerin sözlərinə görə, Musk bildirib ki, Putinin müəyyən şərtləri yerinə yetirilərsə, o, Ukraynadakı münaqişə ilə


06.10.2022 - 11:24

Ukraynada daha bir şəhər işğaldan azad edildi: Şəhər mərkəzində dövlət bayrağı ucaldılıb - VİDEO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Borovaya şəhərini işğaldan azad edib. Ukrayna ordusunun hərbçiləri Borovaya şəhərinin mərkəzində dövlət bayrağını ucaldıblar. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa ənənəvi müraciətində Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirmişdi.


05.10.2022 - 20:06

Ukrayna ordusundan böyük uğur

"Luqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib". Məlumata görə, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Teleqram paylaşımında qeyd edib. O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bildirib.


05.10.2022 - 11:08

Ukraynanın 4 regionu Rusiyaya birləşdirildi

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib. Xəbər verilir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan


04.10.2022 - 11:43

Putin uğursuz səfərbərliyə görə cəza tədbirləri tətbiq edir

“Ukrayna qüvvələri son 48 saat ərzində Liman şəhəri ətrafında və Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edib”. Xəbər verilir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin son hərbi uğursuzluqlardakı günahı öz boynundan atmağa çalışır: “Rusiyanın Qərb Hərbi Dairəsinin komandiri dəyişdirilib. Ukrayna qüvvələri son sutkada Xarkov-Luqansk vilayəti sərhədi


02.10.2022 - 11:01

Müharibənin gedişatı dəyişdi - Ukrayna işğal bölgəsində İLK ZƏFƏRİ qazandı

Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etməsindən 24 saat keçməmiş Ukrayna ordusu bəzi kritik bölgələri işğaldan azad edib. Xəbər verilir ki, Donetskdə irəliləyən Ukrayna qüvvələri 5 minə yaxın rus əsgərinin yerləşdiyi Liman şəhərini geri alıb. Rusiya Müdafiə Nazirliyi gündəlik brifinqində Rusiya qoşunları və müttəfiq qüvvələrinin mühasirə təhlükəsi ilə bölgədən çəkildiyini


Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36