Cümə axşamı, 09 May

Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına REAKSİYA

image

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".

Xəbər verilir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən sərəncam müvəqqəti ilhaq edilmiş ərazilərdə hərbi senzura, qanunsuzluq, hakimiyyət tərəfindən gücə üstünlük verilməsini təsdiqləyir.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32