Çərşənbə axşamı, 14 May

Axtarış

Paşinyan” üzrə 938 nəticə tapıldı

12.05.2024 - 15:56

Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur rayonundakı postlarını bağlamağa başlayıblar. Xəbər verilir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, onlar Gorus və Qafanın Çakaten kəndi arasındakı ərazidə mobil dislokasiya məntəqələrini bağlayır. Qeyd olunur ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar. Xatırladaq ki, bir neçə


10.05.2024 - 12:48

"Ermənistanda baş nazir postuna o namizəddir"

"Nikol Paşinyanın istefasını tələb edən etirazçı arxiyepiskop Baqrat Qalstanyan baş nazir postuna namizəd olmalıdır".  Xəbər verilir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook”da yayımladığı videoda bildirib. "Hesab edirəm ki, Qalstanyan düzgün yoldadır, o, dünən Milli Assambleyada Nikol Paşinyana etimadsızlıq ifadəsi prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləş


07.05.2024 - 13:20

"Demarkasiyanı dayandırsaq, müharibə başlayacaq" - Paşinyan

"Demarkasiya prosesinin dayandırılması, yəni Ermənistanın təhlükəsizlik zəmanətlərinin formalaşdırılması prosesinin dayandırılması, suverenliyinin yaradılması prosesinin dayandırılması təklif edilir". Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib. "Hörmətli din xadimləri, jurnalistlər, deyək ki, bu gün günortadan etibarən prosesi dayandırırıq, bəs bundan sonra nə olacaq? Bundan


06.05.2024 - 11:27

Paşinyana qarşı böyük ittifaq: Ermənistan vətəndaş müharibəsinə sürüklənir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş polkovnik Mikael Ambartsumyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib. O, kilsənin mövqeyini açıq-aşkar müdafiə edərək, kobud güclə hakimiyyəti uzun müddət saxlamağın mümkünsüz olduğunu bildirib.  Mikael Ambartsumyan 2020-ci il avqustun 11-də Ermənistan Prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, 8


02.05.2024 - 10:25

“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq” - Paşinyan

“Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”. Xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də öz ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. “Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Ola bilsin ki, biz öz suveren ərazimizi tərk edək, çünki bu ərazidə (Tavuşda – red.) Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunları xidmət edəcək”, – o qeyd edib.


29.04.2024 - 19:03

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Qazaxın 4 kəndinin qaytarılmasından sonra (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) "anklavlar məsələsi necə həll ediləcək" sualı aktuallaşıb, xüsusilə bizim üçün "Başkəndin taleyi necə olacaq" məsələsi vacibdir.  Bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında qeyd edib. O bildirib ki, anklavların qaytarılmasında iki problemli məqam var: "Birincisi, Qazaxın anklav olan üç kəndinin (Yuxarı Əskipara, Bərxudarlı


26.04.2024 - 18:22

“Paşinyanın sonu Saakaşvili kimi olacaq” - ŞOK AÇIQLAMA

“Paşinyanın sonu Saakaşvili kimi ola bilər”. Xəbər verilir ki, bunu siyasi strateq Vigen Akopyan deyib. “Paşinyanın elektoratında məyusluq müşahidə olunur. Hakimiyyətin seçki resurslarını itirdiyini görmək mümkündür. Əgər əvvəllər seçicilərin 80 faizdən çoxu Paşinyanı dəstəkləyirdisə, indi bu rəqəm cəmi 8-9 faizdir. Bu, həm də xarici legitimliyin itirilməsi deməkdir”, – Akopyan bildirib. Onun sözlərinə görə, cə


26.04.2024 - 14:13

Nobel Sülh mükafatını bizə verməzlər: “Sülh zamanı deyil...”

Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov  mükafatı haqq etmişdimi?  “Nobel həftəsi” adətən payızda başlayır- oktyabr və noyabr aylarında. Amma bu mövzuda indi yazmağın səbəbi var... Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin  müəyyənləşməsi istiqamətində atılan addımlar, ilk sərhəd sütunlarının quraşdırılması Prezident İlham Əliyevin növbəti


24.04.2024 - 10:00

Ermənistan başqa əraziləri də Azərbaycana qaytaracaq - Detallar...

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində icma rəhbərləri ilə 5 saat davam edən qapalı görüşünün detalları yayılıb. Xəbər verilir ki, “Hraparak” nəşri görüşdə iştirak edənlərə istinadən yeni ərazilərin də Azərbaycana təhvil verilə biləcəyini yazıb. “Paşinyan kəndləri qaytarmayacaqları təqdirdə müharibənin olacağını bildirib. Görüşdə kənd rəhbərləri Paşinyandan soruş


23.04.2024 - 19:51

Paşinyanın 4 kəndi geri qaytarmasının ƏSL SƏBƏBİ

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu


23.04.2024 - 12:26

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir. Xəbər verilir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib. “İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb. Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb: “Ermənistanın 29 743 kvadrat kilometr ərazisində


22.04.2024 - 20:34

Qazaxın 4 kəndi qaytarıldı, digər kəndlər nə vaxt qaytarılacaq? - Açıqlandı

Ötən həftə Ermənistan tərəfi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı bəyənat yayıb. Bununla da delimitasiya və demarkasiya prosesində ilk mühüm addım atılmış oldu. Artıq hər kəs növbəti mərhələdə Qazaxın Ermənistanın içərisində anklav olan 3 kəndi (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) və Kərkinin qaytarılmasını gözləyir. Bəs görəsən Azərbaycana məxsus


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00