Şənbə, 04 May

Axtarış

Pensiya” üzrə 301 nəticə tapıldı

07.06.2021 - 17:39

"Müharibə əlili" qadın həkimi döydü - Video

Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını dö


27.05.2021 - 13:55

Oğul anasını pensiyasını ələ keçirməyə görə boğub öldürdü

2020-ci il oktyabrın 09-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa gö


29.04.2021 - 12:52

Baş həkim bu görüntülərə görə işdən çıxarılıb? - Video

Xəbər verdiyimiz kimi, ötən gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən kənarlaşdırılıb. Son günlər tibb sahəsindəki kadr dəyişiklikləri ilə əlaqədar işindən azad edilən T. İbadovun dünən idarəçiliyində olan xəstəxanadan yayılmış görüntülərə görə Klinik Xəstəxanasından uzaqlaşdırılmağı istisna deyil.


25.04.2021 - 11:53

Onların YAP-da, parlamentdə, icra orqanlarında sayı-hesabı yoxdur

Ruslarda “ne poyman, ne vor”, yəni “tutulmamısansa oğru deyilsən” deyə bir ifadə var. Bizdə də oğurluq edib tutulanı da var, tutulmayanı da. Məsələn, Hüseynbala Mirələmov məlum video sayəsində “tutulan oğru” oldu... Ancaq heç kimə sirr deyil ki, bu ölkədə, onun parlamentindən tutmuş bütün digər hakimiyyət qollarına qədər, saysız-hesabsız tutulmayan mirələmovlar var. Özü də bir çox hallarda Mirələmovun “xətasıyla” onları


21.04.2021 - 10:53

İlqar Məmmədov Məzahir Pənahova sataşdı: “İşsiz qalıb“

“5 gündür ölkədə Mərkəzi Seçki Komissiyası yoxdur. Fasiləsiz işləməli olan dövlət orqanının səlahiyyətləri aprelin 15-də rəsmən başa çatıb, Məzahir Pənahov başda olmaqla onun bütün üzvləri işsizlər sırasına daxil olublar. Bəlkə də bəziləri artıq pensiyaçı kimi qeydiyyatdan keçir”. Xəbər verilir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Siyasə


21.04.2021 - 10:34

Əlillərə və Qarabağ qazilərinə banklar niyə kredit vermir? - AÇIQLAMA

Bir müddət öncə Ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21


20.04.2021 - 12:55

Göyçayda Qarabağ qazisi intihar edib - Təfərrüatlar

Göyçay rayonunda intihar hadisəsi baş verib. Belə ki, rayonun Ləkçıplaq kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rəsul oğlu bu gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb. Hadisə zamanı digər ailə üzvləri evdə olmayıb.  Onun həyat yoldaşı bu gün Bakıda tələbə olan qızlarının yanına gedib. Kənd


18.04.2021 - 19:17

Pensiya yaşı nə zaman azaldılacaq? - Video
 

Pensiya yaşının azaldılması üçün cəmiyyətin özündə inkişaf baş verməlidir. Xəbər verilir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Qulu İbrahimli deyib.  O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində vəsait qalığının olması üçün hər kəsin gəlirindən oraya ayırmalar edilməlidir:  “Obyektiv problemlər səbəbindən hələlik pensiya yaşının azaldılması barədə qərarı


17.04.2021 - 13:15

Səlim Müslümovun başlatdığı və “təpik vurduğu” islahat

Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da artıq bu il iyun ayında kişilərin pensiya yaşı 65 olacaq. Qadınların pensiya yaşı isə hələ ki, 62 il 6 ay olsa da, hər


10.04.2021 - 12:40

Sahil Babayevə hücumun arxasında kimlər durur?

Sahil Babayev nazir təyin olunandan sonra 2015-2018-ci illərdə pensiya təyin olunan şəxslərin işlərinə yenidən baxılmağa başlanılıb. Yoxlamaların nəticələrinə əsasən, yüzlərlə insanın əlilliyə görə aldığı pensiya dayandırılıb. Xəbər verilir ki, bu sözləri hazırda Almaniyada olan hüquq müdafiəçisi Əlövsət Əliyev deyib. O bildirib ki, pensiyası dayandırılanlar sosial şəbəkələrdə Sahil Babayevin ünvanına


06.04.2021 - 11:35

Pensiya alanlara ŞAD XƏBƏR

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi aprel ayının 8-i tarixinə nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.


05.04.2021 - 16:58

Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ÖDƏNİLİB

Auditin keçirildiyi tarixdə pensiya ödənişi aparılmış pensiyaçıların adlı siyahısı ilə vəfat etmiş şəxslərin adlı siyahısının üzləşdirilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməyərək vəfat etmiş 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edib. Xəbər verilir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatası


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15