Şənbə, 18 May

Axtarış

Pensiya” üzrə 302 nəticə tapıldı

10.05.2023 - 15:40

May ayının pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. Xəbər verilir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


19.04.2023 - 09:40

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılı


18.04.2023 - 13:00

Fransada etirazlar davam edir

Parisdə və Fransanın digər şəhərlərində gecə saatlarından keçirilən pensiya islahatına qarşı kütləvi etiraz aksiyaları davam edir.  Polis etirazçılara qarşı güc tətbiq edib. Xəbər verilir ki, bu barədə "The New York" Times məlumat yayıb. Fransa prezidenti Emmanuel Makron bazar ertəsi televiziya ilə çıxışında yenidən mübahisəli pensiya islahatını müdafiə edərək, ölkənin pensiya sisteminin çökməsinin qarşısını almaq üçün pensiya yaşının 62


14.04.2023 - 12:50

ABŞ prezidentlərinin pensiyaları KƏSİLƏCƏK

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri prezident və hakimiyyətdə olan digər şəxslər üçün məxfi sənədlərlə düzgün davranmamağa görə pensiyaların azaldılması təklifi ilə çıxış ediblər. Xəbər verilir ki, məxfi məlumatlarla işləməkdə səhlənkarlığa yol verən prezident və ya vitse-prezidentlərin pensiyası 50% azaldıla bilər. Qeyd edək ki, müvafiq təklifi demokrat Mayk Kuiqli və respublikaçı Darin Laxud


13.04.2023 - 10:05

Pensiya alanların nəzərinə!

Sabah bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


07.04.2023 - 14:45

Aprel pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya


25.03.2023 - 11:04

“Oskar” mükafatı laureatları Makrona qarşı çıxdılar

Fransız aktrisa Julyet Binoş Fransada pensiya islahatlarına qarşı etirazlara qoşulub. “The English Patient” ulduzu, “Oskar” mükafatı laureatı fransız rejissor Mişel Hazanaviçius (“The Artist”) da daxil olmaqla 300 digər kinematoqrafçı ilə birlikdə Fransa Prezidenti Emmanuel Makrona pensiya layihəsinin geri götürülməsini tələb edən açıq kollektiv məktubu imzalayıb. “Siz ədalətsiz, səmərəsiz və əhalinin ən həssas təbəqələrinə çox ciddi təsir göstərən pensiya islahatı


19.03.2023 - 09:43

Parisdə gərginlik səngimir: etirazçılar küçələrə axışdı

Fransanın paytaxtı Parisdə yenidən etiraz aksiyaları keçirilib. Xəbər verilir ki, bir neçə qrupa bölünən etirazçılar yaxınlıqdakı küçələrə dağılaraq zibil qutularını aşırıb yandırıblar. Polis pensiya əleyhinə mintinqi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, Fransa polisi Konkord və Yelisey meydanlarında kütləvi toplantıları yasaqlayıb.


18.03.2023 - 16:27

Putin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında qanunu imzalayıb

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Məlumata görə, müvafiq sənəd şənbə günü hüquqi informasiya rəsmi internet portalında dərc olunub. Saziş 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Onun müddəaları Rusiya və Azərbaycanın ərazisində əldə edilmiş və ya əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin


16.03.2023 - 11:53

Mart pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb. Xəbər verilir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, martın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəş


15.03.2023 - 10:45

Azərbaycanda pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər...

Bakı, Abşeron və Sumqayıt üzrə pensiyaların ödənişi yekunlaşıb, bu gün respublika üzrə bütün pensiyaların ödənişi yekunlaşacaq. Xəbər verilir ki, bunu Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib. O, əlavə edib ki, bu gün həm də güzəştli şərtlərlə pensiya almış pensiyaçıların da ödənişi tamamlanacaq: "Ünvanlı sosial yardım, müavinət, təqaü


10.03.2023 - 12:05

Martın 15-i pensiyalar tam ödəniləcək

Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41