Şənbə, 04 May

Axtarış

Pensiya” üzrə 301 nəticə tapıldı

25.06.2023 - 17:40

Əmək pensiyaları ilə bağlı dəyişiklik...

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib. Məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulacaq. Qərar 2023


20.06.2023 - 20:02

Bölgələrə görə yaşlıların sayı nə qədərdir? - VİDEO

Azərbaycanın bölgələrində demoqrafik qocalmanın miqyası çox fərqlidir. Bəzi yerli iqtisadçı ekspertlər iddia edirlər ki, pensiya yaşından yuxarı əhalinin ümumi əhaliyə nisbəti Yardımlıda 6,5 faiz, Saatlı və Cəlilabadda 7 faiz, Biləsuvarda 7,5 faiz təşkil edir. Bu göstərici Qazax, Qax, Gədəbəy, Zaqatala kimi rayonlarda 11-11,5 faiz təşkil edir. Azərbaycanın bölgələri arasında kəskin qocalma fərqi də yetəri qədər diqqətçəkəndir.


17.06.2023 - 16:19

Pensiyalar bu il yenə artırılacaq? - AÇIQLAMA

"Azərbaycanda bu il pensiya artımı olmayacaq". Xəbər verilir ki, bunu iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, artımlar qaydalara əsasən, ilin əvvəlində olur: "Pensiya artımı qaydaları var, hər ilin əvvəli ötən ilin orta aylıq əməkhaqqına uyğun olaraq pensiyalar artırılır. Ona görə də, bu il üçün artım nəzərdə tutulmur. Lakin gələn il pensiyalar artırılacaq". İqtisadçı həmçinin çörək qiymətlərindəki


17.06.2023 - 13:27

Qadın pensiyaçılara MÜJDƏ... Əlavələr gəlir... VİDEO

Qadınların pensiyasina xüsusi əmsallarin tətbiqi təklif olunub. Xəbər verilir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur. Deputat Vüqar Bayramov


15.06.2023 - 18:03

Keçmiş nazir pensiya sistemini sərt tənqid etdi

Keçmiş təhsil naziri Misir Mərdanov yerli mətbuata müsahibəsində bildirib ki, hazırda 4600 manat pensiya alır. 76 yaşlı Mərdanov 15 il Azərbaycanın təhsil naziri postunu tutub, 2017-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Onun açıqlaması ölkənin pensiya sistemindəki problemləri yenidən gündəmə gətirib. Xatırladaq ki, Azərbaycanda minimum pensiya 280 manatdır. Vətəndaşlar təqaüd almaq üçün 41 min manata yaxın pensiya kapitalına malik olmalıdırlar, ə


14.06.2023 - 19:24

Bankomat çatışmazlığı və pensiyaçılardan tutulan KOMİSSİYA HAQQI - VİDEO

Bankomat ya yoxdur, ya uzaq məsafədədir, ya da digər banka məxsusdur. Ölkənin əksər kəndlərində işçilər və pensiyaçılar maaş və təqaüdlərini bankomatdan çıxarmaqda çətinlik çəkirlər. Vətəndaşlar bunun üçün uzaq məsafə qət etmək məcburiyyətində qalırlar. Digər bankın bankomatından pul çıxaran şəxslər isə əlavə komissiya ödəməli olurlar. İsmayıllının Cülyan, Talıstan, Gəndom və digər kəndlə


31.05.2023 - 09:40

Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər... - VİDEO

"Pensiya yaşı mütləq aşağı salınmalıdır". Xəbər verilir ki, Milli Məclisin keçirilən plenar iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif edib. Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır: “Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan pensiyaya çıxsınlar”. Parlamentin plenar iclasında Əmək və Sosial


25.05.2023 - 14:16

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib. Xəbər verilir ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may


24.05.2023 - 15:40

MM-in komitə sədri: “Qeyri-ixtisas müəllimləri təhsil prosesinə ziyan vurur”

“Məktəblərdə dərslərin keyfiyyətini artırmaq istəyiriksə, bunun yollarından biri sertifikasiyadır. Başqa yol yoxdur”. Xəbər verilir ki, bunu deputat Musa Qasımlı Elm və təhsil komitəsinin iclasında deyib. “Bəzən məktəblərdə yaşı 65-dən yuxarı olanlar pensiyaya çıxır, amma bəzən fənni qeyri-ixtisas müəllimi tədris edir. Həmin müəllim dərsi yaxşı tədris edər, yoxsa yaşı 65-dən yuxarı olan müəllim? Düşünü


24.05.2023 - 15:21

Özəl pensiya fondları vətəndaşa nə verəcək? - VİDEO

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr intensivləşib. Bununla bağlı normativ hüquqi sənədlər hazırlanıb. Xəbər verilir ki, dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra hökumətə təqdim olunacaq. Millət vəkili Musa Quliyev atv-yə bildirib ki, belə bir fondun yaradılması Dövlət Sosial Müdafiə Fondunun yükünü nisbətən azaldır, həm də vətə


15.05.2023 - 09:01

Pensiyalar bu tarixdə ödəniləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-sı tarixinə nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


10.05.2023 - 15:40

May ayının pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. Xəbər verilir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15