“Qəza” üzrə 683 nəticə tapıldı
Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb. Xəbər verilir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünə məxsus VAZ markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib. Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib. Daxili İşlər Nazirliyinin
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda deyilir ki, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət
Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək. Xəbər verilir ki, Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı işlərə başlayıb. Söküntü işləri başa çatdıqdan sonra ərazi təmizlənəcək. İcra hakimiyyəti söküntü işləri ilə bağlı “Fasttech” MMC
Malidə qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb. Xəbər verilir ki, hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirib və axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub. Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.
KİV-də yayılan məlumata görə, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. ***13.59 İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, 6 ekipaj ü
Hazırda "Böyük Qayıdış" planına uyğun olaraq işğaldan azad edilmiş rayonlara məcburi köçkünlərin köçürülməsi məsələsi davam etdirilir. Prezident İlham Əliyev telekanallara müsahibəsində keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcə
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib. Məlumata görə, "BMW" markalı minik avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha üç nəfər, Bakı şəhər
“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Xəbər verilir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Xəbər verildiyi kimi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi
Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandı
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əmə
Almanəsilli aktyor Kristian Oliver və iki qızı Karib dənizində təyyarə qəzasında həlak olub. Xəbər verilir ki, “Speed Racer” və “Valkyrie” filmlərinin ulduzu Sent Vinsent və Qrenadinlərdən (SVG) Sent Lusiyaya yola düşübmüş. Hadisənin təkmühərrikli təyyarədə yaranan texniki nasazlıqdan baş verdiyi bildirilir. Qəza zamanı təyyarədə olan hər kəs - Oliver, onun 12 və 10 yaşlı qızları, həmçinin pilot ölüb. Əsl adı Kristian Klepser olan 51
İndoneziyanın Yava adasında qatarlar toqquşub. Xəbər verilir ki, hadisə Çikalenqka - Haurpuqur hissəsində baş verib. Baş verən qəza nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.