Bazar, 28 Aprel

Axtarış

Qəzza” üzrə 209 nəticə tapıldı

19.02.2024 - 10:50

Qəzzada ölənlərin sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin sayı açıqlanıb. Xəbər verilir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlərin sayı 28 985-ə, yaralıların sayı isə 68 883-ə yüksəlib.


17.02.2024 - 18:36

Qəzzada ölənlərin sayı 29 minə yaxınlaşır

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada həlak olanların sayı 28 858 nəfərə çatıb. Xəbər verilir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücumlarda həmçinin 68 667 fələstinli yaralanıb.


15.02.2024 - 10:39

Qəzzada "Starlink" peykləri yerləşdirildi

“Starlink” peyk internet şəbəkəsinin Qəzzada yerləşməsi dinc əhaliyə yardım anlamına gəlir. Xəbər verilir ki, bu barədə amerikalı sahibkar, milyarder İlon Mask deyib. “Biz İsrail əhalisinə yardım etdiyimiz kimi, Qəzzanın günahsız dinc sakinlərinə də yardım edəcəyik”, - deyə o bildirib. O, HƏMAS-ın şəbəkəyə giriş əldə edə bilməməsi üçün tədbirlər görüldüyünü də qeyd edib.


13.02.2024 - 10:15

İspaniya İsrailə hərbi sursat satdı

İspaniyanın "dayandırılmış" bəyanatına baxmayaraq İsrailə hərbi sursat satışının davam etdiyinin ortaya çıxması ölkədə böyük reaksiyalara səbəb olub. Bildirilib ki, ispan şirkəti 2023-cü ilin noyabrında İsrailə 987 min avroya hərbi sursat satıb. Xəbər verilir ki, dünyada sülhlə bağlı beynəlxalq araşdırmalar aparan "Centro Delas" adlı müstəqil qurumun Comex xarici ticarət internet saytındakı məlumatlara əsaslanaraq verdiyi açıqlamaya uyğun olaraq, bir İspaniya şirkə


12.02.2024 - 10:44

Misir İsraili hədələdi

Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə “Kemp-Devid” sazişini poza bilər. Bu barədə Misir rəsmiləri məlumat yayıblar. “Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, - məlumatda bildirilir. Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və İsrail arasında imzalanmış


11.02.2024 - 11:38

İsrail ordusu HƏMAS-ın komandirlərini məhv edib

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS hərəkatının iki komandiri öldürülüb. Xəbər verilir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "Ötən gün səhər saatlarında Rəfahda pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS liderlərinin təhlükəsizliyinin


10.02.2024 - 09:52

HƏMAS-ın bu tələblərini rədd etdilər

İsrail HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı razılaşma tələblərini rədd etdiyini, lakin bu mövzuda danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Xəbər verilir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. “İsrail Misir və Qətər vasitəçilərinə məlumat verib. O HƏMAS-ın girovlarla bağlı son razılaşma təklifinə cavab olaraq tələblərinin əksəriyyətini rə


09.02.2024 - 17:50

İsrailin baş naziri hərbçilərə ƏMR ETDİ: Hərbi əməliyyatların sərhədləri genişləndirilir

İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun məhv edilməsi üçün plan hazırlamağı əmr edib. Bu barədə baş nazirin idarəsi məlumat yayıb. Netanyahu hələ fevralın 7-də bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüş


08.02.2024 - 15:36

Qəzzada son 24 saatda 130 fələstinli öldürülüb

Fələstin-İsrail müharibəsi 125 gündür davam edir.  Xəbər verilir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada son vəziyyətlə bağlı məlumat verib. İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 130 fələstinlini öldürdüyü, ölənlərin sayının isə 27 min 840-a yüksəldiyi bildirilib. Qeyd olunub ki, son hücumlarda daha 170 nəfər yaralanıb. Bununla da yaralananları


08.02.2024 - 10:04

"İsrail tam qələbəyə qədər davam edəcək" - Netanyahu

İsrail Qəzza zolağında HƏMAS üzərində tam qələbəyə qədər davam edəcək. Xəbər verilir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.  Onun sözlərinə görə, bu, aylarla davam edə bilər: "Biz tam qələbəyə doğru gedirik və bu, yaxındır. Söhbət illərdən, onilliklərdən yox, aylardan gedir. İsrail Müdafiə Qüvvələri möcüzələr yaradır".


08.02.2024 - 09:23

Qəzza zolağında 3 min ev yandırılıb

Ötən ilin oktyabrdan indiyə kimi Qəzza zolağında təxminən 3 min ev yandırılıb. Xəbər verilir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb. Bildirilib ki, bununla da bölgəyə on milyonlarla dollar ziyan dəyib. Hökumətin verdiyi bəyanatda Fələstin xalqına qarşı törədilən bütün cinayətlərə görə İsrail və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı qeyd olunub.


06.02.2024 - 13:36

HƏMAS silahlıları İsrail helikopterini vurub

HƏMAS-ın silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının üzvləri İsrail ordusuna məxsus “Apache” helikopterini raketlə vurduqlarını iddia edirlər. Xəbər verilir ki, bu barədə HƏMAS-ın teleqram kanalındakı paylaşımda qeyd edilib. Helikopterin Qəzza şəhərinin qərbində vurulduğu bildirilir.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39