Şənbə, 04 May

Axtarış

Twitter” üzrə 249 nəticə tapıldı

25.07.2023 - 09:22

İlon Mask dünyanın ən zəngin adamları siyahısına başçılıq edir - "Forbes" jurnalı

"Tesla"nın qurucusu və "Twitter"in sahibi İlon Mask "Forbes" jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib. Xəbər verilir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib. Maskın sərvəti 4,2 milyard ABŞ dolları artıb və hazırda 240,7 milyard ABŞ dolları qiymətləndirilir. "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernard Arnault ikinci yerdə qərarlaşıb, onun sərvəti 234,6 milyard ABŞ dollarıdır. İlk beşlikdə "Amazon"


24.07.2023 - 16:05

Mirzoyan sabah İrana səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirxoyan Tehrana səfər edəcək. Xəbər verilir ki, bu barədə Ermənistan XİN sözçüsü “Twitter”də bildirib. Ararat Mizoyan iyulun 24-də İrana səfər edəcək. Səfər çərçivəsində Ermənistan və İran XİN başçılarının görüşü, mətbuata birgə bəyanat nəzərdə tutulur.


24.07.2023 - 09:21

Sudanda təyyarə qəzaya uğradı - 11 ölü

Sudanın Port Sudan şəhərində beynəlxalq hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb.  Xəbər verilir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi “Twitter” səhifəsində məlumat yayıb. “Bu gecə Port Sudan hava limanında nəqliyyat təyyarəsi uçuş zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, 4-ü hərbçi olmaqla 9 nəfər


17.07.2023 - 14:47

Çinin XİN rəhbəri sevgilisi ilə yoxa çıxıb

Tez-tez verdiyi açıqlamalarla gündəmə gələn Çinin yeni xarici işlər naziri Qin Qanqın həftələrdir ictimaiyyət qarşısına çıxmaması diqqət çəkib. Xəbər verilir ki, Qanqın Honq-Konqlu aparıcı Fu Xiaotian ilə gizli eşq yaşadığı iddia edilib.  Belə ki, uzun illərdir diktor vəzifəsində çalışan jurnalistdən də uzun müddətdir  xəbər alınmır. Qin Qanq sonuncu dəfə amerikalı həmkarı Blinkenlə iyun ayında Pekində


08.07.2023 - 15:10

Maskdan 44 milyard dollarlıq təəssüf: “Bu kərtənkələ onu kopiyalayıb” - FOTO

“Twitter”ın sahibi, milyarder İlon Mask “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqi plagiatda ittiham edib və onu “kərtənkələ” adlandırıb. Məlumata görə, müvafiq qeyd onun sosial şəbəkədəki hesabında yer alıb. “Mən bu tətbiqə 44 milyard dollar xərcləmişəm, indi isə bu kərtənkələ onu, sadəcə, kopiyalayıb istifadə etmək qərarına gəlib”, - deyə Mask paylaşımında deyib. Onun sözlərinə görə, bu


06.07.2023 - 21:36

Yeni sosial şəbəkəyə qoşulanların sayı 30 milyona yaxınlaşır

“Meta” tərəfindən hazırlanmış, “Twitter”ə alternativ olaraq yaradılmış “Threads” sosial şəbəkəsi istifadəyə verildiyi 20 saat ərzində 30 milyona yaxın abunəçi toplayıb. Xəbər verilir ki, bu barədə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məlumat verib. Qeyd edək ki, “Twitter”in potensial rəqibi hesab edilən “Threads” “Instagram” sosial şəbəkəsinin bazasında fəaliyyət göstərir.


19.06.2023 - 13:16

İlon Mask açıqladı: "Twitter" tətbiqi...

"Twitter"in rəhbəri İlon Mask "ağıllı" televizorlar üçün "Twitter" tətbiqinin tezliklə buraxılacağını açıqlayıb. Xəbər verilir ki, Mask bu barədə istifadəçilərdən birinin mesajını cavablayarkən bildirib. İstifadəçi qeyd edib ki, o, "Twitter"i Smart TV-lərdə də görmək istəyir. Mask ona cavab olaraq, "Yoldadır", - yazıb. Eyni zamanda, milyarder Smart TV üçün "Twitter"in buraxılış vaxtı barədə məlumat verməyib. Tətbiqin necə görünəcə


17.06.2023 - 10:04

Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər

Dünyanın ən zəngin adamları “Tesla”, “SpaceX”in qurucusu İlon Mask və LVMH-nin prezidenti Bernar Arno birgə nahar təşkil edəcəklər. Onların görüşü Parisdə IT konfransı çərçivəsində baş tutacaq. “Twitter”in sahibi “Viva Technology” konfransında spikerlərdən biri olacaq. O da vurğulanır ki, qeyri-rəsmi naharda fransalı milyarderin oğlu Antuan da iştirak edəcək. Xatırladaq ki, iyun ayında Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılı


07.06.2023 - 14:31

İlon Mask "Twitter"də tutduğu rəhbər postu tərk edib

Amerikalı sahibkar və milyarder İlon Mask "Twitter" sosial şəbəkəsinin baş direktoru vəzifəsini tərk edib. Xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb. Onun yerini rəsmi olaraq keçmiş "NBCUniversal"ın reklam direktoru Linda Yakkarino tutub. L.Yakkarino sosial şəbəkənin rəhbəri kimi işə başladığını elan edib.


04.06.2023 - 11:00

Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”

Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib. Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib. “Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır”, - deyə müğənni “Twitter” hesabında qeyd edib. “NASA, cəmiyyətin şüurunu idarə etmə


02.06.2023 - 15:16

Pakistanın keçmiş baş naziri milyonlarla dollarlıq təzminat tələb edəcək

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya və çirkli pulların yuyulması ittihamları üzrə qanunsuz həbsi ilə bağlı təzminat tələb etmək niyyətindədir. İmran Xan Milli Hesabat Bürosunun (NAB) rəhbərini xəbərdar edib ki, böhtan və nüfuzuna vurulan ziyana görə ona qarşı 15 milyard rupi (5,8 milyon dollar) məbləğində məhkəmə iddiası qaldırmaq fikrindədir. “Mən ona (NAB rəhbəri - red.) rəsmi bildiriş təqdim etdim. Mənim


02.06.2023 - 11:43

İlon Mask "Twitter"in adını dəyişir

Amerikalı milyarder və sahibkar İlon Mask "Twitter" sosial şəbəkəsinin adını dəyişmək planlarını təsdiqləyib. Məlumata görə o, müvafiq məlumatı cümə axşamı bu sosial şəbəkədə yerləşdirib. Qeyd edək ki, "T(w)itter Daily News" portalı daha əvvəl Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib.


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15