Çərşənbə, 17 İyul

Pakistanın keçmiş baş naziri milyonlarla dollarlıq təzminat tələb edəcək

image

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya və çirkli pulların yuyulması ittihamları üzrə qanunsuz həbsi ilə bağlı təzminat tələb etmək niyyətindədir.

İmran Xan Milli Hesabat Bürosunun (NAB) rəhbərini xəbərdar edib ki, böhtan və nüfuzuna vurulan ziyana görə ona qarşı 15 milyard rupi (5,8 milyon dollar) məbləğində məhkəmə iddiası qaldırmaq fikrindədir.

“Mən ona (NAB rəhbəri - red.) rəsmi bildiriş təqdim etdim. Mənim həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmədə kobud şəkildə güc tətbiq etməklə həyata keçirilən qanunsuz və əsassız həbs mənə böhtan atmaq məqsədi daşıyırdı və bu da mənim nüfuzuma mənfi təsir göstərdi. Beləliklə, mənim bununla bağlı məhkəmə iddiası qaldırmağa tam olaraq haqqım var”, - deyə İmran Xan “Twitter” hesabında qeyd edib.

Qeyd edək ki, may ayında siyasətçi səhhəti ilə bağlı böhtan xarakterli məlumatlar yaydığına görə Pakistanın səhiyyə naziri Əbdül Qadir Patelə qarşı da 10 milyard rupilik iddia qaldırmaq niyyətində olduğunu açıqlayıb. Xan Patelin ondan üzr istəməsini və irəli sürdüyü iddialarla bağlı ictimaiyyət qarşısında təkzib verməsini tələb edib. Xan mayın 9-da həbs edildiyi zaman guya sərxoş vəziyyətdə olması və götürülmüş analizlərin onun daimi narkotik istifadəçisi olduğunu göstərməsi iddialarının təkzib edilməsini istəyib.

Xatırladaq ki, İmran Xan mayın 9-da NAB tərəfindən verilən order əsasında həbs edilib. Siyasətçi korrupsiyada və həyat yoldaşı ilə özünə məxsus olan “Əl-Qadir Trust” fondundan çirkli pulların yuyulması üçün istifadə etməkdə ittiham olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15