“YAP” üzrə 520 nəticə tapıldı
Sinqapur pasportu 2023-cü ildə dünyanın ən “güclü” pasportu elan edilib. Sənəd onun sahibinə 227 ölkədən 193-nə vizasız səyahət hüququ verir. Xəbər verilir ki, bu barədə məlumat “Henley Passport Index” reytinqində əksini tapıb. Bildirilib ki, beş il ardıcıl olaraq bu siyahıda ilk yeri tutan Yaponiya 2023-cü ilin yayında üçüncü pilləyə enib. Almaniya, İtaliya və İspaniya isə əksinə, 190 istiqamət üzrə vizasız girişlə ikinci pilləyə yüksəlib. Və
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) prezidenti Akihiko Tanaka ilə ölkənin müharibədən sonra bərpa və yenidənqurma məsələlərini müzakirə edib. Xəbər verilir ki, bu barədə Prezidentin Ofisi məlumat yayıb. Dövlət başçısı Yaponiyaya "Böyük Yeddiliy"ə (G7) sədrlik dövründə Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib. Zelenski, həmçinin müharibə başlayandan Ukraynaya 1,1
İyulun 3-dən 9-dək Yaponiyada ən azı 3964 nəfər günvurma səbəbindən xəstəxanaya yerləşdirilib. Xəbər verilir ki, bu da keçən həftə ilə müqayisədə 737 nəfər çoxdur. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti yaşlı insanlardır. Səlahiyyətli şəxslər sakinlərdən bol həcmdə sudan istifadə etməyi məsləhət görüblər.
NATO Tokioda filialının yaradılmasını payıza və ya daha gec vaxta təxirə sala bilər. Xəbər verilir ki, bu barədə “Nikkei” mənbələrə istinadən məlumat yayıb. “Buna səbəb bu ideyaya qarşı çıxan Fransanın mövqeyidir, ona görə də qərar üçün zəruri olan bütün NATO üzvlərinin yekdil razılığı çox çətin görünür. Sabah NATO-nun Vilnüsdə başlayacaq sammitində qərarların qəbul ediləcə
Keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. Xatırladaq ki, bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün “Facebook” səhifəsində məlumat yayıb. Siyasətçi iddia edib ki, HƏ
“Molla rejiminin sıradan çıxarılması, İranın hərbi hazırlıqlarına son qoyulması Qərb dövlətlərinin hədəfindədir. Ölkənin daxilindəki inqilabçılar da xaricdən belə bir dəstəyin və təzyiqin olmasını gözləyirlər. Odur ki, həm daxildən, həm də xaricdən İran rejiminə qarşı ciddi müqavimətin təşkil olunacağını deyə bilərik”. Bu fikirləri İrandakı son vəziyyəti şərh edən politoloq Qabil Hüseynli sə
Daha bir tədris ili arxada qaldı. Dərslərin nə vaxt başlayıb, nə vaxt bitəcəyi ilə bağlı mübahisələr isə hələ də davam edir. İctimai marağı nəzərə alan Sosial Tədqiqatlar Mərkəzi isə rəy sorğusu keçirib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi
Yaponiya paytaxtı Tokio administrasiyası avqust ayından etibarən paytaxtda fəaliyyət göstərən bütün qurumların işində “ChatGPT” süni intellektinə əsaslanan çatbot tətbiq etmək niyyətindədir. Bu barədə jurnalistlərə açıqlamasında Tokio qubernatoru Yuriko Koike bildirib. “Avqust ayından etibarən bütün qurumlarda “ChatGPT”dən istifadəyə başlanılacaq. Bu innovativ texnologiyanın üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirərək
NATO alyansı ən böyük hərbi hava qüvvələri (HHQ) təlimlərinə başlayıb. Xəbər verilir ki, bu barədə Almaniya HHQ mətbuat xidməti məlumat yayıb. NATO bu gün Alyans tarixində ən böyük “Air Defender 23” təliminə başlayıb. Təlimlər Almaniya tərəfindən koordinasiya edilir və Alyansın potensial təhlükələrə, xüsusən də Rusiyaya qarşı birliyini nümayiş etdirmək üçün nəzərdə tutulub.
CHP lideri Kamal Kılıçdaroğlunun yerində olsaydım, istefa verərdim. Xəbər verilir ki, bu sözləri ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğan deyib. “Kılıçdaroğlu bu seçkini referendum olaraq dəyərləndirib. Əgər bu seçki referendumdursa, demək ki, referendumda məğlub oldunuz. Kılıçdaroğlunun xeyli yaşı var. CHP mütləq qalibiyyə
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iş
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) iyunda hərbi kəşfiyyat peykinin buraxılışını həyata keçirəcəyini açıqlayıb. Xəbər verilir ki, ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi peykin ABŞ-ın hərbi fəaliyyətini izləmək məqsədilə buraxılacağını bildirib. Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının sədr müavini Li Pyon Çolun bəyanatına istinadla yazır ki,