Cümə axşamı, 25 Aprel

Şimali Koreya hərbi kəşfiyyat peykini orbitə çıxarır

image

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) iyunda hərbi kəşfiyyat peykinin buraxılışını həyata keçirəcəyini açıqlayıb.

Xəbər verilir ki, ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi peykin ABŞ-ın hərbi fəaliyyətini izləmək məqsədilə buraxılacağını bildirib.

Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının sədr müavini Li Pyon Çolun bəyanatına istinadla yazır ki, hərbi kəşfiyyat peykinin orbitə çıxarılması ABŞ-ın və onun vassal qüvvələrinin təhlükəli hərbi əməllərinə qarşı ölkənin hazırlığını artırmaq üçün əvəzolunmaz addımdır.

Bəyanatda hərbi kəşfiyyat peykinin buraxılışa hazır olduğu, ölkə lideri Kim Çen Inın buraxılış üçün yekun hazırlıqları təsdiqlədiyi qeyd olunub. Ri Pyonq Çolun bəyanatında peykin dəqiq buraxılış tarixi göstərilməsə də, Pxenyan peykin 31 may – 11 iyun tarixlərində buraxılacağı barədə Yaponiyanı məlumatlandırıb.

ABŞ, Yaponiya və Cənubi Koreya hesab edir ki, Şimali Koreyanın ballistik texnologiyadan istifadə olunmaqla peyk buraxılışı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla yazır ki, ABŞ və Cənubi Koreyanın müvafiq qurumları Şimali Koreyanın peyk buraxılışı fəaliyyətini nəzarətdə saxladıqlarını açıqlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33