“Yaponiya” üzrə 276 nəticə tapıldı
Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Xəbər verilir ki, 77 kq. çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə,
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Xəbər verilir ki, Olimpiyadanın 11-ci günündə 22 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının da üç idmançısı mübarizə aparacaq. Onlardan güllə atıcısı Ruslan Lunyov ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Bir gün əvvəlki birinci təsnifat mərhələsində uğursuz olan Lunyov əvvəlcə final mərhələsinə vəsiqə qazanmaq üçün atəş açacaq. İdmançımız Tokioda son şansında “altı
“ABŞ əmindir ki, “Mercer Street” tankerinə hücumun arxasında İran dayanır”. Xəbər verilir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib. Onun sözlərinə görə, əldə edilən informasiya iki nəfərin ölümünə səbəb olan hücumu İranın planlaşdırdığını deməyə əsas verir. Vaşinqton əmindir ki, hücum partlayıcı qurğular ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarından istifadə edərək təşkil olunub. Blinken buna
Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Xəbər verilir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib. Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb. Dominges üçüncü raundda
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Məlumata görə, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq. Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələ
Qardaş Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. Məlumatına görə, bu uğura kamandan oxatan Mete Qazoz imza atıb. 22 yaşlı idmançı kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gəlib. Bu, Türkiyə tarixinə kamandan oxatmada ilk Olimpiya medalı kimi düşüb. Tarixi nailiyyətə qədər qonşularımız 6 idman növündə medal qazanıb. Bunlar güləş, ağırlıqqaldırma, cüdo, taekvondo,
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib. Verilən məlumata görə, buna 69 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib. Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti gü
Azərbaycan cüdo yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb. Bu gün ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska mübarizəyə qoşulub. Cüdo 30 iyul Kişilər +100 kq 1/16 finaldan yarışa start götürən Uşanqi Kokauri polşalı Matsey Sarnaçkiyə ipponla qalib gəlib. Ancaq o, uğurlu çıxışını davam etdirə bilməyib. Kokauri növbəti raundda Braziliya təmsilçisi Rafael Silvaya eyni qaydada uduzaraq mü
Azərbaycan milli komandasının Tokioda olan şef-de-missionu, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov, Olimpiya Oyunlarında Azərbaycan komandasının əhval-ruhiyyəsi, hazırlığı və idman növləri üzrə yeniliklər barədə danışıb. Oyunların açılışından əvvəl o, müsahibəsində həmçinin pandemiya şəraitindəki qaydalara necə əməl olunduğu izah edib. J: Oradakı əhval-ruhiyyəni bir az təsvir edərdiniz, orada indi nə baş verir? Fərid Mansurov: Bildiyiniz kimi
Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr - 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb. Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını
Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 nəfər koronavirusa yoluxub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılar, 6 nəfər yaponiyalı, 4 nəfər isə xarici əməkdaşlardır. Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.
Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb. Verilən məlumata görə, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib. Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq.