Bazar, 19 May

Axtarış

zəlzələ” üzrə 566 nəticə tapıldı

18.12.2022 - 11:02

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə növbəti dəfə yeraltı təkanlar qeydə alınıb. Xəbər verilir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.  Məlumatlara görə, zəlzələ Egey dənizində baş verib. Yeraltı təkanlar 4.1 bal gücündə qiymətləndirilib.


13.12.2022 - 20:33

İranda güclü zəlzələ oldu

İranın şərqindəki Cənubi Xorasan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu haqda İranın rəsmi İRNA agentliyi məlumat yayıb. Bildirilib ki, episentri Cənubi Xorasan əyalətinin Bəşəruye şəhəri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 17:44-də qeydə alınıb. Zəlzələ yerin 11 kilometr dərinliyində baş verib. Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə məlumat verilməyib.


12.12.2022 - 16:43

Lerikdə zəlzələ oldu

Lerik rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ 12.12.2022 tarixində yerli vaxtla saat 15:28-də Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb.


11.12.2022 - 15:03

İranda zəlzələ baş verdi

İranın qərbində bazar günü 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanların episentri 111 min insanın yaşadığı Məscede-Süleyman şəhərindən 87 km cənub-qərbdə yerləşib. Mənbə 57 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.


08.12.2022 - 10:43

Tayvanda güclü zəlzələ oldu

Tayvan adasının şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Çin adasının seysmoloji xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Hualien şəhərindən 21,6 km cənubda, sahil zolağında, ocağı isə 29,8 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.


07.12.2022 - 16:32

Türkiyədə zəlzələ oldu

Ankaranın Gölbaşı rayonunda 3,4 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Kandilli Rəsədxanası zəlzələ ilə bağlı məlumat yayıb.  Zəlzələnin dərinliyinin 1,9 km olduğu açıqlanıb.


30.11.2022 - 17:42

Goranboyda yer titrədi

Goranboyda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub. Zəlzələnin maqnitudası 3,8, dərinliyi 20 km olub.


27.11.2022 - 09:38

Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ oldu

Türkiyənin Düzce şəhərində 4,3 bal gücündə daha bir zəlzələ baş verib. Xəbər verilir ki, bu haqda AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli saatla 06:57-də qeydə alınıb. İlkin məlumatlara görə, yerdən təxminən 9 kilometr dərinlikdə baş verən afterşokda heç bir mənfi hal yaşanmayıb. Qeyd edək ki, çərşənbə günü baş verən 5,9 bal gücündə zəlzələdən sonra 300-ə


23.11.2022 - 14:55

Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib

Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub. Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyə


21.11.2022 - 14:15

İndoneziyada zəlzələ: Ölənlər var

İndoneziyanın Yava adasında zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 20-yə yaxın adam ölüb, 300 nəfər yaralanıb. Qərbi Yava əyalətinin Çianjur rayonunda hazırda 7 yaşayış binasına, o cümlədən məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəyib.


20.11.2022 - 12:55

Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. "Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir. Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində,


19.11.2022 - 14:50

Qonşu ölkədə zəlzələ OLUB

Türkiyənin Muğla vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar 6,03 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentrinin Datça adlanan ərazidən 233,63 kilometr aralıda olduğu bildirilir.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41