Bazar, 19 May

Axtarış

zəlzələ” üzrə 566 nəticə tapıldı

17.11.2022 - 17:40

İranda zəlzələ baş verib

İranın cənubunda 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 115 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə olub. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.


12.11.2022 - 10:01

İranda zəlzələ baş verib

İranda zəlzələ olub. Məlumata görə, Bəndər Abbas şəhərində 4.5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla 22:14-də qeydə alınıb. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.


04.11.2022 - 12:53

İzmirdə güclü zəlzələ: Yaralılar var - YENİLƏNİB + VİDEO

Türkiyənin İzmir şəhərində baş verən 4,9 bal gücündə zəlzələdən 64 nəfər zərər çəkib. Bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca açıqlamasında deyib. O, qeyd edib ki, yeddi nəfərin müalicəsi davam edir. Onlardan birinin vəziyyəti ağırdır. Nazirin sözlərinə görə, səhər saatlarından etibarən, 80 afterşok qeydə alınıb. Episentri Bucada olan zəlzələ nəticəsində Konak rayonunda


04.11.2022 - 09:40

Ağdamda zəlzələ oldu

Ağdamda 3,5 maqnitudalı zəlzələ olub.  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 km cənub-qərbdə, Ağdam rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.


30.10.2022 - 11:02

Qobustanda növbəti dəfə zəlzələ olub

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub. Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44


29.10.2022 - 18:42

Qobustanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, zəlzələ 3,6 maqnitudada olub. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.


22.10.2022 - 15:50

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda zəlzələ baş verib. Xəbər verilir ki, yerli vaxtla 15:10-da Pazarcıkda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.  


13.10.2022 - 09:00

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:52-də qeydə alınan yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub. Zəlzələnin maqnitudası 3-ə bərabər olub.


11.10.2022 - 17:42

Lənkəranda zəlzələ olub

Lənkəran stansiyasından 15 km şimal-qərbdə Lənkəran rayonunda zəlzələ qeydə alınıb.  Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məkumat verilib. Bildirilib ki, yerli vaxtla saat 14:22-də qeydə alınan 3 ballı zəlzələ hiss olunmayıb.


10.10.2022 - 17:18

İranda zəlzələ olub, Naxçıvanda hiss edilib

Yerli vaxtla saat 16:37-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Təkanlar Naxçıvan MR-da 4-3 bala qədər hiss olunub.


09.10.2022 - 10:02

Salyanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 06:23-də Şirvan stansiyasından 8 kilometr cənubda Salyan rayonunda qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.


05.10.2022 - 10:01

İrandakı zəlzələ Naxçıvanda hiss olunub

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. 05:10 İranın şimalında 5,8 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41