Bazar, 19 May

Axtarış

zəlzələ” üzrə 566 nəticə tapıldı

27.07.2022 - 09:20

Bu ölkədə 7,3 bal gücündə zəlzələ oldu

Filippinin Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Zəlzələnin episentri Laqanqilanq bələdiyyəsindən (Abra əyaləti) 2 km şimal-şərqdə, ocağı isə 25 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.


19.07.2022 - 19:37

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələ yerli vaxtla saat 17:26-da qeydə alınıb. Təkanlar 4,1 bal gücündə, 45 kilometr dərinlikdə baş verib.


13.07.2022 - 17:32

Ağ dənizdə 4.1 bal gücündə zəlzələ olub

Ağ dənizdə 4.1 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, zəlzələnin əsas episentri Girit adası olub. Ancaq zəlzələ Türkiyənin Muğla və Yunanıstanın sahil rayonlarında hiss olunub. Yerli sakinlər İzmirdəki fəlakətin yenidən baş verməsi qorxu ilə təşvişə düşüb. Zəlzələ zamanı xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.


13.07.2022 - 09:20

Sakit okeanda güclü zəlzələ: Sunami təhlükəsi var

Pasxa adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi açıqlamaya görə, Çili yaxınlığındakı bölgədə qeydə alınan yeraltı təkanlar sunami riski yaradib. Zəlzələdən sonra dağıntı və tələfatla bağlı məlumat verilməyib.


11.07.2022 - 10:06

Gürcüstanda ardıcıl üçüncü zəlzələ oldu - YENİLƏNİB

Gürcüstanda yerli vaxtla saat 9:10-da daha bir zəlzələ baş verib. Xəbər verilir ki, 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb. 09:02 Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kə


02.07.2022 - 09:32

İranda 6 ballıq zəlzələ: ölənlər və yaralılar var

İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb. Məlunata görə, bu barədə yerli media hakimiyyət orqanlarına istinadən


22.06.2022 - 14:15

Əfqanıstanda zəlzələ nəticəsində 950 nəfər həlak olub

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ən azı 950 nəfər ölüb, 620-yə yaxın insan yaralanıb. Bu barədə çərşənbə günü İslam Əmirliyinin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökuməti nazirinin müavini Tolo News telekanalının bəyanatında bildirib. Daha əvvəl 300-ə yaxın ölü, 600-ə yaxın yaralı olduğu bildirilirdi.


22.06.2022 - 09:00

Əfqanıstanda dəhşətli zəlzələ: 250-dən çox qurban var – FOTO/VİDEO

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində baş verən zəlzələ nəticəsində ən azı 255 adam ölüb. Yeraltı təkanların gücünün 6,1 bal olduğu bildirilir. “Al Jazeera” telekanalının hökumətdəki mənbəyə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində daha 150 nəfər xəsarət alıb. Ancaq Qızıl Aypara cəmiyyətinin cənub-qərb zonasının rəhbəri Elias Naseri


21.06.2022 - 18:19

Xankəndi erməniləri təşvişdə: "Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar"

Erməni politoloq, İrəvan Dövlət Universitetinin dosenti Menya Soqomonyan Qarabağdakı separatçıları təşvişə salacaq sensasion açıqlamalar verib. O Xankəndinin boşaldıldığını, Azərbaycan ordusunun nəzarətinə keçəcəyini bildirib. Erməni politoloqun fikrincə, baş nazir Nikol Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir: “O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox edib. Artıq biz də bunu


26.04.2022 - 14:34

Mars silkələndi – Olay 94 dəqiqə davam etdi

Marsın ən maraqlı xüsusiyyətlərindən biri də planetimizdə baş verən zəlzələlərdən heç bir fərqi olmayan zəlzələlərin olmasıdır. Xəbər verilir ki, elm adamları 2019-cu ilin əvvəlindən Marsda baş verən zəlzələləri “InSight” kosmik aparatına quraşdırılmış seysmometrlə qeydə alırlar. Nəhayət, elm adamları indiyə qədər qeydə alınmış iki ən böyük zəlzələ barədə açı


20.04.2022 - 20:21

Azərbaycanda zəlzələ olub

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.


17.04.2022 - 11:01

Azərbaycanda zəlzələ olub

Yerli vaxtla saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə Yevlax ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd olunub ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41