Bazar, 19 May

Axtarış

zəlzələ” üzrə 566 nəticə tapıldı

23.03.2022 - 09:00

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Xəbər verilir ki, yeraltı təkanlar yerli vaxtla 08:04-də Biləsuvar rayonu ərazisində qeydə alınıb. Zəlzələ yerli sakinlər tərəfindən hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.


17.03.2022 - 12:40

"Toyota" Yaponiyadakı zavodlarını bağladı

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” martın 16-da ölkədə baş vermiş güclü zəlzələ səbəbindən işini müvəqqəti dayandırmaq qərarına gəlib. Xəbər verilir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb. Hadisə ilə əlaqədar şirkətə dəyən ziyan açıqlanmayıb. Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir. Fukusima və Miyaqi prefekturalarında 130 min ev işıqsı


16.03.2022 - 20:22

Yaponiyada 7,3 bal gücündə zəlzələ: sunami xəbərdarlığı...

Yaponiyada güclü zəlzələ baş verib. Xəbər verilir ki, meteoroloqlar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Ölkənin şimal-şərqində qeydə alınan yeraltı təkan 7,3 bal gücündə qeydə alınıb.


14.02.2022 - 10:22

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələnin Azərbaycana təsiri var? - AÇIQLAMA

“Ötən gün axşam saatlarında Gürcüstan ərazisində 22:25-də maqnitudası 5,9 olan zəlzələ baş verib. Zəlzələ Gürcüstan-Ermənistan sərhədində yaxın ərazidə qeydə alınıb”.  Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, Gürcüstanın Cavaxeti bölgəsində baş verən zəlzələ güclü olub,


12.02.2022 - 15:07

Azərbaycanda qoyunlar 7 manata, nar bağları 40 manata sığortalanacaq

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qoyunların və nar bağlarının güzəştli sığortasına başlayıb. Bu barədə Fonddan bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlə


10.01.2022 - 11:44

Böyük Çin səddində uçqun baş verdi

Ötən günlərdə Çində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində Böyük Çin səddinin 2 metrlik hissəsində uçqun baş verib. Xəbər verilir ki, bu barədə “Qlobal Tayms” məlumat yayıb. “Qansu əyalətinin Şandan uezdində Böyük Çin səddinin iki metrilk hissəsi uçub”, - deyə bildirilib. Zəlzələdən sonra müvafiq orqanların əməkdaşları tarixi abidənin çökən hissəsinə baxış keçirib. Mütə


10.01.2022 - 10:01

Azərbaycanda zəlzələ olub

Azərbaycanda növbəti dəfə zəlzələ olub. Məlumata görə, yeraltı təkanlar Zəngilan rayonunda 3 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri rayonun Yuxarı Yeməzli kəndi olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.


22.12.2021 - 11:03

Yaponiyada ehtimal olunan zəlzələ barədə xəbərdarlıq edildi: 200 min qurban ola bilər

Yaponiyanın şimal-şərqində və şimalında yerləşən yeddi prefekturada 9 bal gücündə ehtimal olunan zəlzələ zamanı 200 minə qədər insan həyatını itirə bilər. Belə bir xəbərdarlıq Yaponiya hökumətinin çərşənbə axşamı dərc olunmuş rəsmi proqnozunda yer alıb. Onun ekspertlərinin fikrincə, bütün tələfatlara zəlzələdən sonra güclü sunami səbəb olacaq. Mütəxəssislərin fikrincə, 9 bal gücündə zəlzə


22.12.2021 - 09:40

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Xəbər verilir ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:09-da Saatlı stansiyasından 21 km cənub-şərqdə Saatlı rayonunda qeydə alınıb.


20.12.2021 - 10:22

Çində güclü zəlzələ

Çinin Tsinhay əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, yeraltı təkanların episentri Turfan şəhərindən 534 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.


14.12.2021 - 20:12

Azərbaycanda zəlzələ oldu

Tovuz rayonunda zəlzələ olub. Xəbər verilir ki, zəlzələ 19:48 radələrində qeydə alınıb.


14.12.2021 - 12:45

İndoneziya sahillərində 7,6 ballıq zəlzələ oldu

İndoneziya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji Xidməti (USGS) yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 07:20-də qeydə alınıb. Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib. Bununla yanaşı, zəlzələnin episentri 47,5 min nəfər yaşayan Maumere şəhərindən 91 kilometr şimalda olub.  Hələ ki, xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41