Çərşənbə axşamı, 14 May

Axtarış

İndoneziya” üzrə 77 nəticə tapıldı

12.05.2024 - 17:58

Leysan 28 nəfəri öldürdü

Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb.  Məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb.  İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbii fəlakət nəticəsində 84 yaşayış evi və 16 körpüyə zərər dəydiyini açıqlayıb.


09.04.2024 - 18:56

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələ ölkənin şərqindəki Halmahera adasından 149 kilometr şimal-qərbdə baş verib. 6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb. Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.


08.04.2024 - 12:41

İndoneziyada 11 turistin həyatına son qoyan vulkan yenidən püskürdü - VİDEO

İndoneziyada Merapi vulkanı yenidən aktivləşməyə başlayıb. Yerli KİV-də dərc olunan məlumata görə, Cokyakarta şəhəri yaxınlığındakı Yava adasında yerləşən ölkənin ən aktiv vulkanı yenidən püskürüb. Xatırladaq ki, Merapi vulkanının aprelin 7-də püskürməsi nəticəsində evakuasiya etməyə vaxt tapmayan 11 turist həyatını itirib.


14.03.2024 - 11:34

İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


10.03.2024 - 10:44

Pilotlar yuxuya getdi, təyyarə kursdan çıxdı

İndoneziyada təyyarənin hər iki pilotunun yuxuya getməsi səbəbindən daşıyıcı istiqamət kursundan çıxıb.  Xəbər verilir ki, hadisə göyərtəsində 153 sərnişin və ekipaj üzvünün olduğu Cakartaya uçuş zamanı baş verib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilotlardan biri həmkarına dincəlmək istədiyini bildirib və onun icazəsi ilə yatıb. Daha sonra isə ikinci pilotu da yuxu tutub. Xoşbəxtlikdən qəza baş


07.03.2024 - 09:17

İndoneziya sahilində zəlzələ oldu

Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, yeraltı təkanların episentri İndoneziyanın Tual şəhərindən (əhali: 93 min) 174 km şimal-şərqdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.


04.03.2024 - 16:04

İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Sumatra adasında yerləşən Benkulu şəhərindən 224 km aralıda müşahidə edilib. Təbii fəlakət nəticəsində itkilər və dağıntılar barədə məlumat yoxdur.


25.02.2024 - 19:13

İndoneziya sahilində güclü zəlzələ oldu

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.  Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


20.02.2024 - 09:41

Azərbaycanda 5.5 maqnitudalı zəlzələlər olacaq – Seysmoloqdan XƏBƏRDARLIQ

Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb. Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmə


15.02.2024 - 12:20

Balidə turistlərdən vergi alınacaq

İndoneziya hakimiyyəti bu gündən etibarən Bali adalarına gələn xarici turistlərdən 10 dollar məbləğində əlavə rüsum alacaq. Xəbər verilir ki, məbləğ Baliyə çatdıqdan sonra və ya səyahət etməzdən əvvəl ödənilməlidir. Bu, diplomatik və ya tələbə vizası sahibləri, habelə rəsmi nümayəndə heyətlərinin nümayəndələri istisna olmaqla, hər kəsə aiddir. Bundan əlavə, İndoneziya vətəndaşları və


11.01.2024 - 14:31

Cənubi Koreya KF-21 qırıcı təyyarələrinin istehsalına başlayacaq

Cənubi Koreya plana uyğun olaraq cari il ərzində KF-21 qırıcı təyyarələrinin istehsalına başlamaq niyyətindədir. Xəbər verilir ki, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) KF-21 təyyarələrinin kütləvi istehsalı ilə əlaqədar ilin birinci yarısında istehsalçı “Koreya aerokosmos sənayesi” şirkəti ilə müqavilə bağlamağı planlaşdırıb. Agentlik KF-21 təyyarələrinin ölkənin qabaqcıl yerli qırıcı istehsalı


05.01.2024 - 09:07

İki qatar toqquşdu, ölənlər var

İndoneziyanın Yava adasında qatarlar toqquşub. Xəbər verilir ki, hadisə Çikalenqka - Haurpuqur hissəsində baş verib. Baş verən qəza nəticəsində dəmiryolunun üç əməkdaşı həlak olub.


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00