Cümə, 26 Aprel

Axtarış

ŞarlMişel” üzrə 19 nəticə tapıldı

21.09.2022 - 12:08

Şarl Mişel İbrahim Rəisi ilə görüşdü

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Xəbər verilir ki, bu barədə Mişel “Twitter“ hesabında məlumat verib. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində baş tutan görüşdə İran nüvə proqramı çərçivəsində birgə hərtərəfli fəaliyyət planının bərpa olunması müzakirə edilib.


17.09.2022 - 16:06

Paşinyan sərhəddəki vəziyyətlə bağlı məlumatları Şarl Mişelə çatdırdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezdenti Şarl Mişel arasında telefon danışığı olub. Xəbər verilir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər. Ş.Mişel dialoq və sülhü təşviq etməyə hazır olduğunu təsdiqləyib.


02.09.2022 - 14:09

Beş bəndlik sülh gündəliyi: Brüssel razılaşmasında əsas məqam

Brüsseldə Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşün nəticələri yüksək qiymətləndirilir. Görüş tərəflər arasında sülh prosesi üçün mühüm irəliləyişdir. Aİ Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata bəyanatında sə


06.07.2022 - 15:26

“Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır” - Şarl Mişel

Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqı (Aİ) daxilindədir.  Xəbər verilir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib. “Kremlin Ukraynaya qarşı barbar müharibəsi qitəmizdə tektonik dəyişikliyə səbəb oldu və yeni geosiyasi reallıq yaratdı. Biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin gələcəyi Avropa İttifaqı daxilindədir”, - Aİ Şurası


07.06.2022 - 09:39

Şarl Mişel Rusiyanı qorxaq adlandırdı, ölkə təmsilçisi iclası tərk etdi

Şarl Mişel BMT TŞ-nin iclası zamanı Rusiyanı dünyadakı ərzaq böhranına görə günahlandırıb və bu böhranın təşkilində digər ölkələrə qarşı ittihamları qorxaqlıq adlandırıb. Mişel çıxışı zamanı bəyan edib ki, Rusiya hakimiyyəti inkişaf etməkdə olan ölkələrə qarşı ərzaq tədarükündən “gizli raket” kimi istifadə edir ki, bu da ərzaq qiymətlərinin artmasına, yoxsulluğun artmasına və regionlarda sabitliyin pozulmasına gə


06.06.2022 - 10:43

Bu gün BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası olacaq

BMT Təhlükəsizlik Şurasının iyunun 6-da axşam saatlarında iclası olacaq. Xəbər verilir ki, bu barədə BMT TŞ-nin katibliyi bildirib. Bildirilib ki, şuranın toplatısında Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq: “Əsas diqqət Ukraynaya hərbi müdaxilə ilə bağlı cinsi təcavüz, insan alveri kimi məsələlər ayrılacaq”. Məlumata görə, iclasda BMT-nin münaqişə şəraitində cinsi zorakılıq üzrə xüsusi nümayəndə


25.05.2022 - 19:16

Şarl Mişel haqda maraqlı faktlar

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması fonunda son zamanlar atdıgı atdımlar onun adının sosial şəbəkələrin yerli kontentində daha çox hallanmasına gətirib çıxarıb. Mövzunun aktuallığını nəzərə alaraq, Şarl Mişelin həyatı barədə maraqlı fakları təqdim edirik: - 16 yaşında artıq “Gənc islahatçılar-Liberallar Joduani" təşkilatına daxil olub; - 1994-cü ildə - 18 yaşında ikən Belçikanın Vallon Brabant ə


23.05.2022 - 11:27

Brüsseldə bu nəticələr əldə olundu - Şarl Mişel açıqladı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib. Xəbər verilir ki, Şarl Mişel açıqlamasında deyib: “Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi


20.04.2022 - 11:54

Mişel gözlənilmədən Kiyevə səfər etdi - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya ilə müharibəsi davam edən Ukraynanın paytaxtı Kiyevə gedib. Xəbər verilir ki, Mişel gözlənilməz səfəri ilə bağlı sosial media hesabında paylaşım edib. Paylaşımında "Mən bu gün Kiyevdəyəm",-  deyə ifadə edən Mişel Kiyevi “azad və demokratik Avropanın ürəyi” adlandırıb.  Onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.


11.04.2022 - 15:53

Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ - "Qara siyahı"ya SALINDI

Avropa İttifaqı Rusiya ilə bağlı daha bir qərar qəbul edib. Xəbər verilir ki, Rusiyanın 20 aviasiya şirkəti “qara siyahı”ya salınıb. Aİ-nin bu qərarı almasına səbəb hava təhlükəsizliyi məsələsidir. Xatırladaq ki, Aİ Ukraynada müharibə başlayandan sonra Rusiya ilə bağlı beş sanksiya paketi hazırlayıb. Bunlara neft, qaz, kömür kimi enerji resurslarının ticarətini dayandırmaq daxildir. Lakin hələ heç bir qadağ


19.02.2022 - 15:58

Aİ, NATO və ABŞ arasında razılaşma - Rusiyaya qarşı

Avropa İttifaqı, NATO və ABŞ idarəçiləri cümə günü axşam saatlarında telefon danışığı keçiriblər və onlar narahatedici xəbərlər fonunda Ukrayna ətrafında vəziyyətin dərhal deskalasiyasına çağırıblar. Xəbər verilir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib. “Amerika və transatlantik liderlərlə telefon danışığında Rusiya və Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub. Onlar həyəcanverici xəbərlə


13.01.2022 - 19:02

Şarl Mişel Rusiyaya xəbərdarlıq etdi

“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”. Xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib. Onun sözlərinə görə, Avropa İttifaqı prosesləri çox yaxından izləyir: "Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”.


Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33