Çərşənbə axşamı, 24 May

“Mahirin olanlardan öz leyhinə istifadə etməyi axmaqlıqdır” - “Legiya”nın idman direktoru

image

“Fikrimcə, bu məsələdə təkcə Mahir Emreli günahkar deyil, ona məsləhət verənlər də düz etmir”. Xəbər verilir ki, bu sözləri “Legiya”nın idman direktoru Yatsek Zelinski deyib. 

O, klublar problem yaşayan Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məsələyə aydınlıq gətirib: “Məncə, bizimlə doğru davranmırlar. Mahir “Legiya”nın futbolçusudur. Mahirin azarkeşlərlə insidentdən öz ehtiyacları üçün, leyhinə istifadə etməyi axmaqlıqdır. Mahir hər şeydən əvvəl komandaya və gələcəkdə başqa klublarda özünü necə göstərəcəyi barədə fikirlərə xələl gətirir. Bu yaxşı hərəkət deyil.

Hazırda iş vəkillər səviyyəsində müzakirə olunur. Mənə elə gəlir ki, bizim kifayət qədər güclü arqumentlərimiz var. Qarşı tərəf isə müxtəlif səbəblər gətirir və çox zaman onlar həqiqətə uyğun olmur. Bilmirəm ki, bundan xəbərdardılar, yoxsa oyunçunu daha çox zədələyirlər. Məsələnin necə həll ediləcəyini demək çətindir.

Mahir yenidən “Legiya”da oynayacaqmı? Bunu təsəvvür etmək də çətindir. Problem həll edilməyənə qədər ictimaiyyətə danışmaq istəmirəm. “Qalatasaray”, Zaqreb “Dinamo”su, “Başakşəhər” kimi klublardan təklif aldığına dair siqnallar var. Agentləri onu azad futbolçu kimi təqdim edirlər. Bu qətiyyən düzgün deyil. Emreli bizə məxsusdur və əminəm ki, bu iş doğru şəkildə həll ediləcək. Bəlkə də menecerləri onu azad agent kimi təqdim etdikləri üçün təkliflər gəlir. Kluba isə onunla bağlı heç bir müraciət daxil olmayıb”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Ərdoğan Azərbaycana gəlir

  • 23.05.2022 - 19:21