Cümə axşamı, 02 May

“Əlimizdə sübut var ki, Rusiya fevralın əvvəlində...” – Şok iddia

image

“Rusiya Ukrayna-Belarus sərhədindəki hərbçilərinin sayını 30 min nəfərə çatdırmağı planlaşdırır”.

Xəbər verilir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild bildirib.

BMT Təhlükəsizlik Şurası ABŞ-ın tələbi ilə Ukrayna-Rusiya böhranını müzakirə etmək üçün toplaşıb. Rusiya görüşün keçirilməsinə mane olmağa cəhd edib və səsvermənin keçirilməsini istəyib. Çin Rusiyanın tərəfini tutaraq iclasa qarşı çıxıb, şuranın müvəqqəti üzvləri Qabon, Keniya və Hindistan isə bitərəf qalıb.

İclasın keçirilməsi üçün lazım olan 9 səs toplandıqdan sonra Rusiyanın cəhdi uğursuz alınıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya ABŞ-ı “meqafon diplomatiyası”nda ittiham edib.

Linda Tomas Qrinfild Rusiya nümayəndəsinə “Sərhədinizdə 100 min hərbçi olsa, nə qədər narahat olacağınız barədə heç düşünmüsünüzmü?” deyib.

“Bu gün Rusiyanın təcavüzü təkcə Ukraynanı yox, həm də Avropanı və beynəlxalq asayişi təhdid edir”, - söyləyən Tomas Qrinfild əlavə edib ki, Rusiya Ukrayna sərhədlərinə 100 mindən çox hərbçi yerləşdirib və bu, son illərdə Avropada ən böyük hərbi birləşmədir.

“Rusiya həmçinin Belarusa 5000 hərbçi, qısamənzilli ballistik raket, xüsusi təyinatlı və zenit batareyaları göndərib. Rusiyanın fevralın əvvəlində Belarus-Ukrayna sərhədindəki qoşunlarının sayını 30 000-dən çox artırmağı planlaşdırdığına dair sübutlarımız var”, - diplomat qeyd edib.

Tomas Qrinfild bir ölkənin digər dövlətin sərhədlərini zorla dəyişdirə bilməyəcəyini deyərək, Rusiyanı Ukraynadakı münaqişədənsə diplomatiyanı seçməyə çağırıb.

Rusiyanın Ukraynanı işğal etməsinin nəticələrinin “dəhşətli” olacağı xəbərdarlığını edən Tomas Qrinfild vurğulayıb: “Əgər bu, Rusiyanın Avropadakı təhlükəsizlik narahatlıqları ilə əlaqədardırsa, biz onlara danışıqlar masası arxasında bu narahatlıqları həll etmək fürsəti təklif edirik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15