Cümə axşamı, 02 May

ABŞ qərarını verdi, Kiyev üçün pis xəbər - “Qoşun göndərməyəcəyik”

image

“Mümkün müharibədə Ukraynaya qoşun göndərmək məsələsi masada deyil, yalnız NATO ölkələrinin müdafiəsinə yönəlmişik”.

Xəbər verilir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi deyib.

Kirbi Rusiyanın Ukraynanı təhdid etdiyini və ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə yardımını davam etdirdiyini bildirib.

Kirbi yanvarın 28-də Ukraynaya yeni partiya silah-sursat göndərdiklərini və bu prosesin davam edəcəyini söyləyib.

O, ABŞ, İngiltərə və Kanada ordularının təlim bölmələrinin hələ də Ukraynada olduğunu qeyd edib:

“Prezident ruslarla müharibədə Amerika hərbçilərini Ukraynaya göndərməyəcəyimizi çox açıq şəkildə açıqladı. Bəllidir ki, bu, masada deyil. Əsas diqqətimizi NATO-dakı müttəfiqlərimizin müdafiəsinə yönəltmişik”.

Kirbi Rusiyanın NATO-ya qarşı təhdidinin ABŞ tərəfindən qəbul edilməyəcəyini açıq şəkildə anlamasını təmin etmək istədiklərini deyib.

“Təhlükə yaranarsa, Birləşmiş Ştatlar NATO müttəfiqləri qarşısındakı öhdəliklərini yerinə yetirəcək” – Pentaqonun sözçüsü bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15