Şənbə, 27 Aprel

Mədəniyyət nazirliyinin yeyinti şəbəkəsi - Zakir Sultanov çalışdığı bütün vəzifələrdə..

image

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələr açıqlanıb. Zakir Sultanovun sözlərinə görə, o, mənimsənilən pulların çoxunu sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib.

Zakir Sultanov bir müddət öncə “Allah-Allah” türbəsinin, Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin və onlarla digər obyektlərin təmir-tikintisindən aldığı 200-500 min manatlıq “otkat”ları nazirə şəxsən verdiyini etiraf edib.

2014-cü ildən Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi olan Zakir Sultanovun etirafı onun əvvəllər də bu cür proseslərdə iştirak edib etmədiyi ilə bağlı əsaslı şübhələr yaradıb.

Belə ki, Zakir Sultanovun xidmət rəisi olmamışdan əvvəl aşağıdakı sahələrdə işlədiyi məlumdur:

- Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində,

- Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində,

- Mədəniyyət və Turizm Nazirliyinin “Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru,

- Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi.

Onun sonuncu iki təşkilata rəhbərlik etdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət sarayları və teatr ocaqlarında, musiqi məktəblərində və demək olar ki, Azərbaycanın əksər rayonlarında mədəniyyət ocaqları və uşaq incəsənət məktəblərində tikinti, əsaslı təmir, bərpa-yenidənqurma və konservasiya işləri həyata keçirilib.

Zakir Sultanovun birbaşa rəhbərliyi altında Heydər Əliyev Sarayında, Bakı şəhəri "Milli Park" ərazisində "Muğam Evi"ndə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Azərbaycan Dövlət Xalça Muzeyində, Bakı şəhərində Milli İncəsənət Muzeyində, Şəki şəhərində “Aşağı Karvansaray”da, Şəki Dövlət Dram Teatrında, Qəbələ Mədəniyyət Evində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ağdam Dövlət Dram Teatrında, Bərdə şəhərində Uşaq İncəsənət Məktəbində əsaslı təmir, bərpa-yenidənqurma və konservasiya işləri həyata keçirilib.

Zakir Sultanovun bu işləri icra edərkən nə qədər vəsait mənimsədiyi və bu vəsaiti kimə göndərdiyi isə məlum deyil.

Qeyd edək ki, Zakir Sultanov 2020-ci il mayın 8-də tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsinə görə həbs edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33