Şənbə, 04 May

Bayden-Putin danışığının detalları açıqlandı

image

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co baydenlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı baş tutub.

Məlumata görə, Ağ Ev telefon danışığı ilə bağlı detalları açıqlayıb. 

Bildirilir ki, Baydenlə Putin Rusiya-Ukrayna sərhədində gərginliyin artmasını müzakirə ediblər: 

“Prezident Co Bayden bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna sərhədlərində hərbi gərginliyin artması ilə bağlı danışıqlar aparıb.

Bundan əlavə, Bayden Putinə ABŞ-ın Ukrayna ətrafında istənilən ssenariyə və Rusiya ilə diplomatiyaya hazır olduğunu bildirib.

Əlavə edilir ki, Amerika lideri “açıq ifadə edib ki, Rusiya Ukrayna ətrafında eskalasiya tədbirləri görsə, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə buna sərt cavab verəcək, nəticədə isə Moskva “sürətli və ciddi xərclərlə” üzləşəcək. 

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığından sonra jurnalistlərə bildirib ki, ABŞ Ukrayna ətrafında böhranın dinamikasında fundamental dəyişiklik görmür.

Bundan əlavə, Bayden Ukraynada qalan Amerika vətəndaşlarının taleyi ilə bağlı narahatlığını ifadə edib.

Vladimir Putinin köməkçisi Yuri Uşakov isə jurnalistlərə açıqlamasında bildirib: 

"Söhbət bir saatdan bir qədər çox çəkdi... Bugünkü söhbət Rusiyanın Ukraynaya guya qaçılmaz müdaxiləsi ilə bağlı Amerika rəsmiləri tərəfindən görünməmiş isteriya şəraitində keçdi. Bunu hamı bilir. 

Bayden, Ukrayna ətrafında gərgin vəziyyət kontekstində gözlənildiyi kimi, mümkün anti-Rusiya sanksiyalarına toxundu, lakin eyni zamanda, Rusiya lideri ilə kifayət qədər uzun söhbət zamanı bu məsələ diqqət mərkəzində olmadı".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15