Çərşənbə, 01 May

Conson Avropa liderləri ilə Ukraynanı müzakirə edəcək

image

Böyük Britaniyanın baş naziri Boris Conson bu həftə Avropa liderləri ilə Ukraynada müharibənin qarşısının alınması yollarını və ölkənin müdafiəsini təmin etmək üçün Kiyevə kömək məsələsini müzakirə etmək niyyətindədir.

Xəbər verilir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna sərhədində böhran kritik həddə çatıb: "Əldə etdiyimiz bütün məlumatlar göstərir ki, Rusiya hər an Ukraynanı işğal etməyi planlaşdırır. Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri olacaq. Deeskalasiya və diplomatiya üçün fürsət pəncərəsi hələ də açıqdır və baş nazir Rusiyanı uçurumun kənarından geri çəkmək üçün müttəfiqlərimizlə yorulmadan çalışacaq”.

Açıqlamada vurğulanıb ki, Conson başqa məsələlərlə yanaşı, Londonun NATO müttəfiqləri ilə Ukraynaya əlavə iqtisadi dəstək, habelə onun sərhədlərinin müdafiəsinin təmin edilməsinə yardımın göstərilməsi imkanlarını müzakirə edəcək.

Həftənin sonunda Britaniya hökumətinin başçısının qitəyə səfəri gözlənilir, lakin onun hansı ölkəyə səfər edəcəyi göstərilmir. Söhbət Consonun cümə günü, fevralın 18-də açılacaq Münhen Təhlükəsizlik Konfransında iştirakından gedə bilər. Krallığın müdafiə naziri Ben Uolles yanvarın 16-17-də Brüsseldə NATO ölkələrindən olan həmkarları ilə görüşəcək.

Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya tərəfi bu cür məlumatları boş və əsassız adlandırır. Eyni zamanda, rəsmi Moskva bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü də istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42