Çərşənbə, 01 May

Azərbaycan diplomatlarını Kiyevdən geri çağıracaq?

image

“Rusiya və Ukrayna arasındakı ziddiyətlər pik nöqtəsinə çatıb. Qarşıdurma mühiti o qədər dərinləşib ki, artıq ayrı-ayrı ekspertlər səviyyəsində deyil, dövlət başçıları müharibəni labüd sayırlar”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Ukrayna ətrafında cövlan edən hadisələrə toxunaraq müharibənin fevralın 16-da başlayacağı iddiasını şərh edib:

“ABŞ prezidenti Co Bayden konkret tarix göstərib - fevralın 16-ı. Belə bir proqnozun yaranması, əslində, təsadüfi deyil. Böhranın həlli istiqamətində atılan diplomatik addımlar heç bir nəticə verməyib. Xüsusilə də, həm Fransa prezidenti Emmanuel Makronun Moskvaya səfəri və rusiyalı vəzifədaşı Vladimir Putinlə 6 saatlıq danışıqları demək olar ki, nəticəsiz qalıb.

Bundan savayı, Böyük Britaniya XİN rəhbərinin Rusiyaya səfəri və Sergey Lavrovla aparılan danışıqlar göstərib ki, artıq diplomatlar geri çəkilməyə başlayıb və deyəsən, generallar onları əvəz etmək qətiyyətindədir. 

Rusiyanın konkret tələbləri var: NATO Şərqə doğru genişlənlənməməli, Ukrayna NATO-nun üzvü olmamalı və Ukrayna ərazisində dağıdıcı silahlar yerləşdirməməlidir. Ancaq Rusiyaya Qərbin cavabı müsbət olmadı”.

E. Nəsirov onu da vurğulayıb ki, Ukrayna-Rusiya müharibəsi olmayacaq.

"Rusiya tərəfi müharibəyə başlamaq niyyətinin olmadığını deyir. Ukrayna prezidenti Volodimir Zelenski də qeyd edir ki, belə bir müharibənin başlama ehtimalını yüksək qiymətləndirmir.

Rəsmi Kiyevin arxasında NATO dayanacaq və nəticə etibarilə, bu, Dünya müharibəsində gətirib çıxara bilər. Putin qeyd edir ki, Qərb bizdən dəfələrlə güclüdür, biz onlardan zəifik, amma bu müharibədə heç kim qalib olmayacaq.

Rusiya təxminən 125 minlik qoşunu Ukrayna ilə sərhədə yerləşdirib, fevralın 10-dan başlayaraq Belarusla bərabər birgə hərbi təlimlər həyata keçirir. Bu proseslər milyonlarla dollara başa gəlib. Belə vəziyyətdə müharibə başlamasa, Rusiya Silahlı Qüvvələrinin əvvəlki mövqeyə qayıtması  daxil olmaqla, bu qədər də vəsaitin boşuna itirilməsi nə deməkdir? Qarşılıqlı kompromis olmasa, müharibə labüddür!”

E. Nəsirovun fikrincə, Azərbaycan hökuməti prosesləri diqqətlə izləyir və müharibəyə 100%-lik inam halında rəsmi Bakı diplomatlarını geri çağıracaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15