Çərşənbə, 01 May

Baydenin “fevralın 16-da müharibə başlayacaq” xəbərdarlığı: Putin Şoyqu ilə Lavrova təlimatlar verəcək – ŞƏRH

image

Bu gün Kremlin divarları növbəti danışıqlara şahidlik edəcək. Amma bu danışıqlar hansısa xarici ölkə nümayəndəsi ilə aparılan müzakirələr deyil, Rusiya Prezidenti Vladimir Putinin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya təlimatları olacaq.

Ukrayna münaqişəsinin Rusiyada yaratdığı qəzəbin cizgiləri getdikcə sərt xarakter alır, hərçənd ki, Kreml Ukraynaya hərbi müdaxilə etməyəcəyini bildirir.

Ancaq NATO “Moskvanın göz yaşlarına” inanmır və Ukraynada silahların işə düşəcəyi fikirlərini sürətlə tirajlayır.

Putinin Lavrov və Şoyqu ilə görüşü iki versiya ətrafında fikirləri gücləndirir:

1. Müharibə ssenarisi masadadır, Şoyqu son hərbi hazırlıqlar barədə Putini məlumatlandıracaq. Müharibə olacağı təqdirdə Lavrovun diplomatik məharətinin işə düşməsini tələb edəcək,

2. Müharibə bu günlərdə başlamasa belə, Putin NATO-nu çəkindirmək üçün səylərin davam etdirilməsini tapşıracaq.

Nəzərə almaq lazımdır ki, bundan əvvəl Qərb mətbuatında ABŞ Prezidenti Cozef Baydenin fevralın 16-da müharibə başlayacağı barədə xəbərdarlıq etdiyi yazılıb.

Bu informasiya fonunda bir çox ölkə Kiyevdəki diplomatlarını geri çağırdı, vətəndaşlarına Ukraynanı tərk etmək barədə tövsiyələr verdi.

Kiyevin belə sürətlə boşalması isə Kremldə digər bir planın olduğunu düşünməyə əsas verir.

Bu nədir? Böyük ehtimal ki, Rusiya Kiyevdə xaos yaradıb hakimiyyət çevrilişinə nail olmaq istəyir. Bu, Rusiya üçün müharibədən daha sərfəli variantdır.

Evakuasiyanı müharibə kontekstində dəyərləndirəndə isə, Rusiyanın Kiyevə raketlər tuşladığını görmək olar.

Yəqin ki, Rusiya ordusunu Kiyevə yeritməklə hərbi çevriliş etmək niyyətindədir.

Putinin Lavrov və Şoyqu ilə görüşü qarışıq situasiya dövrünə təsadüf edir, indi Ukrayna ətrafında vəziyyət o qədər ziddiyyətli hal alıb ki, mümkün gedişatları “oxumaq” çətinləşib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42