Bazar ertəsi, 29 Aprel

Ukraynalı qaçqınların qarşılanmasında təsirli anlar - VİDEO

image

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Gündən-günə ölkəni tərk edən Ukrayna və xarici ölkə vətəndaşlarının sayı artır.

Xəbər verilir ki, Ukraynadan Berlinə gələn qaçqınların sayı da durmadan artır. Bildirilir ki, martın 3-ü paytaxt Berlinə Polşadan qatarlarla təqribən 6500 ukraynalı qaçqın gəlib.

Ukraynadan Berlinə avtobus və şəxsi avtomobillərlə gələnlərin sayı isə bu rəqəmə daxil deyil. Berlin mərkəzi vağzalında qaçqınları yerbəyer etmək üçün könüllü işçilər də fəaliyyət göstərir.

Bununla yanaşı, yüzlərlə Berlin sakini əllərində gül və lövhələrlə ukraynalı qaçqınları qarşılamaq üçün vağzala axışıb. Sakinlər lövhələrdə ölkəyə gələn qaçqınlara qalacaq yer təklif ediblər. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42