Lavrov və Kuleba Antalyada görüşüb
Lavrov və Kuleba Antalyada görüşüb
Rusiya və Ukrayna xarici işlər nazirləri arasında görüş keçirilib.
Xəbər verilir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, xarici işlər naziri Sergey Lavrov və onun ukraynalı həmkarı Dmitri Kuleba Türkiyənin Antalya şəhərində keçirilən görüşdə qarşı-qarşıya oturublar.
- Danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir. Nümayəndə heyətlərinin hər birində üç iştirakçı var. Rusiya tərəfdən görüşdə Belarus ərazisində Rusiya və Ukrayna tərəfləri arasında təmaslarda iştirak etmiş xarici işlər nazirinin müavini Andrey Rudenko da iştirak edir, - məqalədə yazılıb
Qeyd edək ki, Lavrov və Kuleba arasında aparılan danışıqlar Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından bəri XİN rəhbəri səviyyəsində ilk təmas sayılır.
Aftafa.tv