Cümə axşamı, 02 May

“Mən onları qaçqın adlandırmaq istəmirəm” - Zelenski

image

Ukrayna Prezidenti Volodimir Zelenski əsaslı şəkildə ukraynalı miqrantları qaçqın adlandırmaq istəmir. Çünki o, müharibə bitəndən sonra onların Ukraynaya qayıdacaqlarına inanır. 

Xəbər verilir ki, Zelenski bu barədə çıxışında bildirib.

"Rusiya hərbçilərinin dövlətimizdə gördüyü işlərə baxın. Bunlar repressiyalar, insanlara işgəncələr, azadlıq və müxtəlifliyin istənilən təzahürlərinin boğulmasıdır. Bir ay genişmiqyaslı müharibə, qəddarlıq, dinc şəhərlərin bombalanması - Suriyada olduğu kimi dəhşətlidir” - Zelenski qeyd edib.

"İndi on minlərlə ev, on minlərlə mənzil dağıdılıb. Artıq 10 milyona yaxın məcburi köçkün var ki, bunun da 3,5 milyonu artıq Avropa İttifaqının ərazisindədir. Mən onları qaçqın adlandırmaq istəmirəm. Çünki bilirəm ki, Rusiya torpaqlarımızı tərk edən kimi, sülh yaranan kimi onlar dərhal Ukraynaya qayıdacaqlar” - Ukrayna Prezidenti çıxışına əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15