Cümə axşamı, 02 May

Mariupol uşaqlarının xilası üçüngeneral ruslara ÖZ CANINI TƏKLİF ETDİ - FOTO

image

Ukraynalı polis generalı Mariupol şəhərində qalan uşaqların xilası əvəzində öz canını təklif edib.

Xəbər verilir ki, Ukraynalı polis generalı Vyaçeslav Abroskin bu barədə Facebook səhifəsində yazıb.

General rus işğalçılarının yerlə bir etdiyi Mariupol şəhərində qalan uşaqların xilası əvəzində əsir düşməyini təklif edib. O, işğalçılara müraciət edərək, şəhərdəki uşaqları toplayıb çıxarmaq üçün ona 3 gün vaxt istəyib.

Abroskin uşaqları çıxarıb geriyə qayıdanda axırıncı buraxılış məntəqəsində ruslara təslim olacağını söz verib.

“Mən 2014-2018-ci illərdə Donetsk vilayətində sizə qarşı müqavimət təşkil etmiş polis generalıyam. Mən sizin sanksiya siyahılarınıza daxil edilmişəm. Axtarışa verdiyiniz adamam. Məni aradan götürmək üçün mənə qarşı sui-qəsd təşkil etmisiniz. Mənim iştirakımla onlarla adamınız öldürülüb, minlərlə silahdaşınız həbs olunub. Məşhur Azov alayına bəlkə də ən yaxın olan general mənəm. Bu mənim şəxsi təşəbbüsümdür. Mənim həyatım tək mənə məxsusdur və mən bunu hələ də Mariupolda qalan uşaqların həyatı müqabilində təklif edirəm”, – deyə Vyaçeslav Abroskin müraciətində yazıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15