Cümə axşamı, 02 May

Vladimir Jirinovski VƏFAT ETDİ

image

Vladimir Jirinovski vəfat edib.

Xəbər verilir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Liberal Demokrat Partiyasının lideri, Rusiyanın ən xarizmatik siyasətçilərindən biri Vladimir Jirinovski bu gün səhər saat 10.45-də dünyasını dəyişib. Siyasətçi son günü komada keçirdi.

Bundan əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilirdi.

Xatırladaq ki, Vladimir Jirinovski yanvarın sonunda koronavirusun omikron ştammı ilə yoluxmasının nəticələrinə görə Mərkəzi Klinik Xəstəxanaya (MKX) yerləşdirilib, lakin onun xəstəxanaya yerləşdirilməsi yalnız fevralın əvvəlində məlum olub.

Martın 8-də mətbuatda deputatın vəziyyətinin ağır olaraq qalması, dinamikanın isə mənfi olması ilə bağlı məlumatlar yayılıb. Onun süni nəfəs aparatında olduğu və tibbi səbəbli komada olduğu və qanının oksigenlə doyma səviyyəsinin 96%-dən 88%-ə düşdüyü bildirildi.
Bundan əvvəl deputat özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu etiraf edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15