Çərşənbə axşamı, 30 Aprel

Kanadanın 70-dən çox gimnastı cinsi istismardan şikayətlənir

image

Kanadanın 70-dən çox hazırkı və keçmiş gimnastları emosional və cinsi istismardan şikayətlənib.

Xəbər verilir ki, idmançılar bununla bağlı araşdırma aparılmasını istəyib.

Onlar Kanada hökumətinin İdman Departamentinin rəhbərliyinə açıq məktub da göndəriblər. Gimnastlar artıq olanlara səssiz qala bilmədiklərini yazıblar: "Üzləşdiyimiz sui-istifadə, laqeydlik və ayrı-seçkilik təcrübələrimizi dəyişikliyin ediləcəyi ümidi ilə bölüşməyə hazırıq. İdman Departamentindən gimnastlara qarşı fiziki və psixoloji travmanın qarşısını almaq üçün tədbirlər görməsini xahiş edirik".

Məktubda o da bildirilib ki, Kanada gimnastikasında məşqçilər, çoxu yetkinlik yaşına çatmayanlardan ibarət olmaqla, zərif cins nümayəndələrinə qarşı emosional, fiziki və cinsi zorakılıqlar "çiçəklənməkdədir": "Kanada Gimnastika Federasiyasının hazırkı rehbərliyi bu problemləri həll edə və idmançıların etimadını qazana bilmədi. Davam edən sistemli sui-istifadə, ayrı-seçkiliyə adekvat cavab verilməməsi narahatedicidir".

Qeyd edək ki, daha əvvəl ABŞ Böyük Britaniya, Avstraliya və Yunanıstanın idman gimnastika üzrə milli komandalarında oxşar hallar baş verib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42