Cümə axşamı, 02 May

Flora Kərimova zəhərlənməsindən DANIŞDI

image

Xəbər verdiyimiz kimi, Flora Kərimova zəhərlənib. Bu barədə Xalq artistinin köməkçisi məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimova dünən balıq yeyib və ondan sonra gün ərzində halı pisləşib: “Hazırda Flora Kərimova yataqdadır və müalicə alır. Vəziyyəti yaxşı deyil”.

Məsələ ilə bağlı Xalq artisiti Flora Kərimova ilə əlaqə saxlanılıb. O, açıqlamasında vəziyyətinin normal olduğunu və hazırda evdə olduğunu vurğulayıb: “Hazırda yaxşıyam. Səhhətimdə ciddi problem yoxdur. Hər kəs səhhətimlə bağlı narahatdır. Heç kim narahat olmasın. Şükür Allaha özümü normal hiss edirəm. Belə olanda həmişə zarafat edirəm. Deyirəm ki, birinci ölsəm siz eşidəcəksiniz. Həyatdı da. Bir gün də mənim sorağımı eşidəcəksiniz”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15