Bazar ertəsi, 06 May

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi - Yenilənib

image

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Xəbər verilir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident günortadan sonra, Rusiya hökumətinin Dövlət Dumasında hesabatı başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməyi planlaşdırır”, - deyə Peskov əlavə edib.

***

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatını, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqları müzakirə edib.

Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ukrayna tərəfinin Buçada baş verənlərlə bağlı informasiya və digər təxribatlarına fəal şəkildə qarşı durmağın zəruriliyi vurğulanıb", -  Peskov deyib. 

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno və nazirlər iştirak ediblər. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15