Çərşənbə axşamı, 30 Aprel

Elşad Şərifov qızıl medal qazandı - Fotolar

image

Kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının ikinci gününün yarışları davam edir.

Federasiyadan bildirilib ki, kişilər arasında çəkisi 81 kiloqrama qədər olan idmançılar arasında qalib müəyyən edilib.

Belə ki, toplam 297 kiloqram (131+166) çəkinin öhdəsindən gələn Elşad Şərifov qızıl medala sahib çıxıb. Kənan Əliquliyev 295 kiloqram (135+160) nəticə ilə ikinci yeri tutub. Üçüncü pillədə isə 267 kiloqram (120+147) nəticə Füqan Əliyev qərarlaşıb.

Fəxri kürsüdə yer alan idmançılara medal və diplomları Milli Məclisin deputatları Kamal Cəfərov, Müşfiq Cəfərov və Rauf Əliyev təqdim ediblər.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında birgə təşkil etdiyi çempionatda, ümumilikdə ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən atletlərin seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və onların qarşıdakı beynəlxalq yarışlara hazırlığının təmin edilməsidir.

 








 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42