Bazar, 05 May

“Lukoyl”da Ələkbərovu əvəzləyəcək şəxs məlum oldu -“Lukoyl”da Ələkbərovu əvəzləyəcək şəxs məlum oldu - YENİLƏNİB

image

“Lukoyl”da Vahid Ələkbərovu əvəz edəcək şəxsin kimliyi məlum olub.

Bundan sonra şirkətin rəhbəri vəzifəsini müvəqqəti olaraq Vadim Vorobyov icra edəcək.

Qeyd edək ki, Vorobyov 20 ildən artıqdır ki, şirkətdə çalışır. Bunadək o, şirkətin birinci icraçı vitse-prezidenti idi.

13:54

Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən çox zərərçəkən şirkətlərdən biri də “Lukoyl”dir.

“Müvafiq istefa ərizəsi bu gün şirkətin Direktorlar Şurasının sədrinə göndərilib” - “Lukoyl”dan bildirilib. 

Məlumatda həmçinin qeyd olunub ki, V. Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin 3,12%-nə sahibdir.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15