Şənbə, 06 İyul

Rusiyanın müharibə itkiləri açıqlandı

image

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın itkiləri barədə məlumat yayıb.

Xəbər verilir ki, Ukraynadakı döyüşlər nəticəsində Rusiyanın 23 800 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya ordusunun 1 048 ədəd tankı, 2 519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 194 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 824 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 271 ədəd dronu, 38 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15