Çərşənbə axşamı, 24 May

Kim Çen In ilk dəfə tibbi maskada görüntüləndi - FOTO/VİDEO

image

Şimali Koreyanın dövlət mediasında ilk dəfə olaraq KXDR lideri Kim Çen Inın tibbi maskalı görüntüləri yayımlanıb.

Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Agentlik Şimali Koreyada Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun mayın 12-də keçirilən iclası ilə bağlı süjetindən kadr yayıb. Görüntülərdə Kim Çen In sadə mavi-ağ tibbi maska taxdığı görünüb.

Xatırladaq ki, Şimali Koreya ölkədə ilk dəfə COVID-19-un “Omikron” variantına yoluxma hallarının olduğunu açıqlayıb. Hökumət “maksimum fövqəladə vəziyyət” üçün virusa nəzarət sisteminin tətbiqini elan edib.

 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Ərdoğan Azərbaycana gəlir

  • 23.05.2022 - 19:21