Cümə, 26 Aprel

Putin əməliyyat olunub - İDDİA

image

İnternetdə Rusiya prezidenti Vladimir Putinin mayın 16-dan 17-nə keçən gecə əməliyyat olunması ilə bağlı məlumatlar yayılıb.

Xəbər verilir ki, bu barədə “General SZR” teleqram kanalı məlumat paylaşıb. 

"Prezidentin (Vladimir Putin -  red) müalicəsində iştirak edən həkimlərin dediyinə görə, əməliyyat uğurla keçib. Biz artıq demişdik ki, Putin şəxsən mayın 17-dən 19-na kimi informasiya məkanında olmayıb", - mesajda deyilir.

Teleqram kanalının məlumatına görə, mayın 17-dən 19-dək informasiya məkanında “konservləşdirilmiş” əvvəlcədən yazılmış görüşlər və mesajlar yerləşdirilib və Putin bu müddət ərzində şəxsən iki dəfə telefon danışıqları aparıb.

“Mayın 20-də əvvəlcədən Rusiya Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə iclası keçirilib, orada prezidentin girişi əvvəlcədən qeydə alınıb və Putinin videoformatda iştirakı bir həftə əvvəl olduğu kimi Deepfake texnologiyası ilə dəstəklənib”, - deyə bildirilib. 

İddialara görə, mayın 20-də Putinin vəziyyəti pisləşsə də, 21-i səhər saatlarında həkimlər onun vəziyyətini stabill olduğunu deyiblər. 

"Həkimlər Putinə yaxın günlərdə sakitləşməyi tövsiyə edir və onu görüşlərdə şəxsi iştirakdan çəkinməyə çağırır", - deyə  kanal yazıb. 

Bildirilir ki, Putinin səhhətinin real vəziyyətini bilən azsaylı şəxslərdən biri Aleksandr Lukaşenkodur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33