Bazar, 28 Aprel

Goranboyda toxucu qızı qaçıraraq zorlayan şəxsə AĞIR CƏZA

image

Gəncə Ağır Cinayətlər Məhkəməsində qız qaçıraraq zorlamaqda təqsirləndirilən Ramil Bayramov və onun qardaşı oğlu Firdovsi Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Əldə etdiyimiz məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Bayramov 10 il 7 ay və Firdovsi Bayramov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttiham akıtına əsasən, hadisə 2021-ci ilin avqust ayının ortalarında Goranboy rayonunda qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Ramil Bayramova evlənməsi üçün bacısı Goranboy rayonunda yaşayan, fabrikdə toxucu işləyən 2000-ci il təvəllüdlü Rəna Vəliyevanı (ad, soyadı şərti) məsləhət görüb. O, vatsap vasitəsi ilə qıza evlənmək təklifi edib.  Zərərçəkmiş şəxs isə onunla evlənmək istəmədiyini bildirib, onun təklifini rədd etməsi barədə mesajla cavab göndərib.

Ramil Bayramov bu məqsədlə onu oğurlamaq qərarına gəlib. O, planı barədə rayonun Yeni Veyisli qəsəbəsində yaşayan qardaşı oğlu Firdovsi Bayramova deyib. Onlar razılığa gəlib, hadisə günü saat 7 radələrində özünə məxsus “Naz-Lifan” markalı avtomobillə qızın yaşadığı kəndə gəliblər. Hər iki şəxs Rənanən hər gün işə getdiyi Goranboy-Goran avtomobil yolunun kənarında gözləməyə başlayıblar. Əmi və qardaşoğlu həmin gün saat 08:30 radələrində zərərçəkmiş şəxsin iş yoldaşı ilə birlikdə yolun kənarı ilə piyada hərəkət etdiklərini görərək onlara yaxınlaşıblar. Onlar maşını qızların yanında saxlayıb, yerə düşüblər. Daha sonra Rənanı zorla maşına mindirərək oğurlayıblar.

Hər iki şəxs qızı avtomobillə Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən qohumlarına məxsus yaşayış evinə aparıb saxlayıblar. Daha sonra Ramil Rənanın qaçmağa cəhd etməsinin və hadisə barədə digər şəxslərə məlumat verməsinin qarşısını almaq məqsədilə valideynləri ilə görüşdürəcəyini vəd edib onu aldadaraq bacısının ərinin idarə etdiyi “Opel Vito” markalı avtomobillə alış-veriş üçün Gəncə şəhərinə müxtəlif geyim dükanlarına aparıb. Sonra o, qızı digər avtomobillə Göygöl rayonu, Murovdağ qəsəbəsindəki yol ayrıcına gətirib.

Daha sonra Ramil Rənanı Samux rayonunun Zazalı kəndinə, oradan isə kirayələdiyi Daşkəsən rayonu, Pirverdilər kəndində yerləşən yaşayış evinə aparıb. Həmin gün gecə yaşayış evinin yataq otağında zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək onu zorlayıb.

Hadisədən sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən zərərçəkmiş Rəna Vəliyeva bildirib ki, Ramil və onun qardaşı oğlu Firdovi tərəfindən zorla qaçırılıb: “Sonra Ramil məni zorladı. Ondan şikayətçiyəm. Məhkəmədən Ramilə ağır cəzanın verilməsini xahiş edirəm. Digər təqsirləndirilən şəxs isə mənə qarşı hər hansı bir qanunsuz hərəkət etməyib, hazırda onunla barışmışam. Firdovsiyə qarşı heç bir şikayət və tələbim yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39